Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?

 BÖLMƏ 17

İsa Allahın Padşahlığı haqda öyrədir

İsa Allahın Padşahlığı haqda öyrədir

İsa şagirdlərinə çox şey öyrədir, lakin əsas diqqəti bir mövzuya — Allahın Padşahlığına yönəldir

İSANIN yer üzündəki tapşırığı nədən ibarət idi? O, özü demişdi: «Mən Allahın Padşahlığı haqqında müjdəni başqa şəhərlərə də çatdırmalıyam, axı Allah məni bu iş üçün göndərib» (Luka 4:43). Təbliğinin əsas mövzusu olan Padşahlıq haqda İsanın öyrətdiyi dörd əsas məqamı nəzərdən keçirək.

1. İsa Padşah təyin olunmuşdu. İsa qabaqcadan xəbər verilən Məsih olduğunu açıqca dedi (Yəhya 4:25, 26). O həm də özünün Dənyal peyğəmbərin görüntüsündəki Padşah olduğunu göstərdi. İsa həvarilərinə bir gün «öz şanlı taxtına» çıxacağını və onların da taxtlarda oturacaqlarını dedi (Mətta 19:28). O, bu hökmdarlara «kiçik sürü» deyə müraciət etdi, həmçinin bu qrupa daxil olmayan «başqa [qoyunlarının]» da olduğunu qeyd etdi (Luka 12:32; Yəhya 10:16).

2. Allahın Padşahlığı həqiqi ədaləti bərqərar edəcək. İsa göstərdi ki, Padşahlıq Yehova Allahın adını təqdis edərək, yəni müqəddəs tutaraq və Ədən bağındakı üsyandan bəri Şeytanın həmin ada vurduğu ləkələrin hamısını silərək ən böyük ədalətsizliyi aradan qaldıracaq (Mətta 6:9, 10). İsa, həmçinin fərq qoymadan, hər gün kişiləri və qadınları, varlıları və kasıbları öyrədərək ədalətli olduğunu göstərdi. Ona əsas etibarı ilə israillilərə təlim vermək tapşırılsa da, o, səməriyyəlilərə və bütpərəstlərə, yəni qeyri-yəhudilərə də kömək edirdi. Öz günlərindəki din rəhbərlərindən fərqli olaraq, onda tərəfkeşlik və üzgörənlik deyilən şey yox idi.

3. Allahın Padşahlığı bu dünyadan olmayacaq. İsanın yaşadığı dövrdə böyük siyasi çəkişmələr baş verirdi. Onun vətənində başqa dövlət ağalıq edirdi. Bununla belə, insanlar İsanı həmin dövrün siyasi işlərinə cəlb etmək istəyəndə o onlardan uzaqlaşdı (Yəhya 6:14, 15). İsa Roma valisinə bildirmişdi: «Mənim Padşahlığım bu dünyadan deyil» (Yəhya 18:36). Eyni zamanda, şagirdlərinə də demişdi: «Siz dünyaya məxsus deyilsiniz» (Yəhya 15:19). Şagirdləri hətta onu müdafiə etmək istəyəndə belə, onlara silah qaldırmağa izin vermədi (Mətta 26:51, 52).

«İsa şəhərbəşəhər kəndbəkənd gəzərək Allahın Padşahlığı haqqında müjdəni təbliğ edirdi» (Luka 8:1).

4. Məsihin hakimiyyəti məhəbbətə əsaslanacaq. İsa insanlara təravət gətirməyi, onların yükünü yüngülləşdirməyi vəd etmişdi (Mətta 11:28—30). O, vədinə sadiq qaldı. İsa narahatlıqların öhdəsindən gəlməyə münasibətləri yaxşılaşdırmağa, maddi şeylərə tarazlı yanaşmağa və xoşbəxtliyi tapmağa dair məhəbbət dolu praktiki məsləhətlər verdi (Mətta 5—7-ci fəsillər). Səmimi məhəbbət göstərdiyi üçün bütün təbəqədən olan insanlar ona çəkinmədən yaxınlaşırdı. Hətta ən məzlumları belə, İsanın onlarla xeyirxahlıqla və hörmətlə davranacağına əmin olduqlarından onun başına toplaşırdılar. Bir görün, İsa necə Hökmdar olacaq!

İsa başqa təsirli bir üsulla da, Allahın Padşahlığı haqqında təlim verirdi. O, çoxlu möcüzələr göstərirdi. Bunları etməkdə məqsədi nə idi? Gəlin bunu nəzərdən keçirək.

«Mətta»; «Mark»; «Luka» «Yəhya» kitablarına əsaslanıb.

Əlavə məlumat

Allahın Hökuməti peyğəmbər üçün niyə önəmlidir?

İsanın hər şeydən çox Padşahlıq haqda danışması təsadüfi deyildi.

Əbədi gələcəyiniz üçün nə etməlisiniz?

Cavab, əsasən, sizdən asılıdır.