Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?

 BÖLMƏ 24

Bulus yığıncaqlara məktub yazır

Bulus yığıncaqlara məktub yazır

Bulusun məktubları məsihi yığıncağını möhkəmləndirir

YENİCƏ təsis olunmuş məsihi yığıncağı Yehovanın niyyətinin həyata keçirilməsində vacib rol oynayacaqdı. Lakin çox keçməmiş birinci əsrin məsihçiləri təqiblərlə üzləşdilər. Yığıncağa daxildən və xaricdən olan təqiblərə baxmayaraq, onlar Allah qarşısında nöqsansızlıqlarını qoruyacaqdılarmı? Yunanca Müqəddəs Yazılara lazımi məsləhət və ruhlandırıcı sözlər yazılmış 21 məktub daxildir.

«Romalılara məktub»dan «İbranilərə» qədər olan 14 məktub həvari Bulus tərəfindən qələmə alınmışdır. Bu məktublar ünvanlandığı konkret şəxsin, yaxud yığıncağın adını daşıyır. Gəlin Bulusun məktublarında müzakirə olunan bəzi mövzuları nəzərdən keçirək.

Əxlaqa və davranışa dair xəbərdarlıq. Zina edənlər cinsi əxlaqsızlıqla məşğul olanlar və digər ciddi günah işlədənlər «Allahın Padşahlığına girməyəcəklər» (Qalatiyalılara 5:19—21; 1 Korinflilərə 6:9—11). Allahın xidmətçilərinin arasında milliyyətindən asılı olmayaraq, birlik mövcud olmalıdır (Romalılara 2:11; Efeslilərə 4:1—6). Onlar ehtiyac içində olan həmimanlılarına canla-başla kömək etməlidirlər (2 Korinflilərə 9:7). Bulus deyirdi: «Həmişə dua edin». Bəli, Allahın xidmətçiləri duada ürəklərini Yehovaya boşaltmağa təşviq olunurlar (1 Salonikililərə 5:17; 2 Salonikililərə 3:1; Filippililərə 4:6, 7). Allahın bizi eşitməsi üçün imanla dua etməliyik (İbranilərə 11:6).

Ailə tellərini möhkəmləndirməyə nə kömək edə bilər? Ərlər arvadlarını öz bədənləri kimi sevməlidir. Arvadlar ərlərinə ehtiram etməlidir. Uşaqlar validenlərinə itaət etməlidirlər, çünki bu Allaha məqbuldur. Valideynlər Allahın Kəlamındakı prinsiplər əsasında uşaqlarına məhəbbətlə yol göstərməli və təlim verməlidirlər (Efeslilərə 5:22—6:4; Koloslulara 3:18—21).

Allahın niyyətini açıqlayır. Musanın Qanunundakı bir çox əmrlər israilliləri Məsihin gəlişinə qədər qorumaq və onlara bələdçilik etmək məqsədinə xidmət edirdi (Qalatiyalılara 3:24). Lakin Allaha ibadət etmək üçün məsihilərdən bu Qanuna riayət etmək tələb olunmur. İbranilərə, yəni yəhudi olan məsihilərə yazdığı məktubda Bulus Qanunun mənasını və Allahın niyyətinin Məsihin üzərində necə həyata keçdiyini açıqlayırdı. Bulus izah edirdi ki, Qanundakı müxtəlif ayinlər peyğəmbərlik mənasını kəsb edirdi. Məsələn, heyvan qurbanları günahların həqiqətən bağışlanmasını təmin etmək üçün İsanın özünü qurban verərək ölməsini təmsil edirdi  (İbranilərə 10:1—4). İsanın ölümü vasitəsilə Allah Qanun əhdini ləğv etdi, çünki ona artıq ehtiyac yox idi (Koloslulara 2:13—17; İbranilərə 8:13).

Yığıncağın düzgün təşkil olunmasına dair rəhbərlik. Yığıncaqda üzərinə məsuliyyət götürmək istəyən kişilər yüksək əxlaq normalarına riayət etməli və tələb olunan bacarıqlara sahib olmalıdır (1 Timutiyə 3:1—10, 12, 13; Titusa 1:5—9). Yehova Allahın xidmətçiləri bir-birini ruhlandırmaq üçün müntəzəm olaraq həmimanlıları ilə bir yerə toplaşmalıdırlar (İbranilərə 10:24, 25). İbadət üçün olan görüşlər ruhlandırıcı və maarifləndirici olmalıdır (1 Korinflilərə 14:26, 31).

Timutiyə ikinci, sonuncu məktubunu yazdığı vaxt Bulus yenə də Romada idi; həbsdə ona çıxarılacaq hökmü gözləyirdi. Yalnız bir neçə cəsarətli insan həyatını təhlükəyə atıb ona baş çəkirdi. Bulus bilirdi ki, ömrünün sonuna az qalıb. O demişdi: «Mən şanlı mübarizədə şücaətlə döyüşdüm, qarşımdakı məsafəni axıradək qaçdım, iman yolunda mətin qaldım» (2 Timutiyə 4:7). Ehtimal ki, bu sözləri yazdıqdan çox keçməmiş Bulus imanına görə öldürüldü. Ancaq həvarinin məktubları Allahın həqiqi xidmətçiləri üçün bu gün də rəhbərlik təqdim edir.

«Romalılara»; «Birinci ikinci Korinflilərə»; «Qalatiyalılara»; «Efeslilərə»; «Filippililərə»; «Koloslulara»; «Birinci ikinci Salonikililərə»; «Birinci ikinci Timutiyə»; «Titusa»; «Filimona» «İbranilərə» kitablarına əsaslanıb.