Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?

 BÖLMƏ 26

Cənnət bərpa edilir!

Cənnət bərpa edilir!

Məsihin rəhbərlik etdiyi Padşahlıq vasitəsilə Yehova Öz adını təqdis edir, hakimiyyətinə bəraət qazandırır və bütün pislikləri aradan qaldırır

MÜQƏDDƏS YAZILARIN sonuncu kitabı «Vəhy» bütün bəşəriyyətə ümid verir. Həvari Yəhya tərəfindən yazılan bu kitabda Yehovanın niyyətlərinin həyata keçməsi ilə öz zirvə nöqtəsinə çatan görüntülər qələmə alınmışdır.

Dirildilmiş İsa ilk görüntüdə bir neçə yığıncağı tərifləyir və onlara düzəliş verir. Növbəti görüntü ruhani varlıqların Allaha həmd söylədiyi yeri, Onun göydəki taxtını göstərir.

Allahın niyyəti öz icrasına doğru irəlilədikcə Quzuya, yəni İsa Məsihə yeddi möhürü olan tumar verilir. İlk dörd möhür açılanda dünya səhnəsində simvolik atlılar peyda olur. Birincisi ağ atın belində oturan və başında padşah tacı olan İsadır. Sonra bu sistemin axır günlərində baş verən müharibəni, aclığı və xəstəliyi təmsil edən müxtəlif rəngli atların belində atlılar gəlir. Yeddinci möhür açılanda Allahın hökmlərinin bəyan olunmasını təmsil edən yeddi şeypur çalınır. Bu yeddi simvolik bəlaya, yəni Allahın Öz qəzəbini tökməsinə gətirib çıxarır.

Yenicə doğulan oğlan uşağı ilə təmsil olunan Allahın Padşahlığı göylərdə təsis olunur. Müharibə baş verir, Şeytan və onun pis mələkləri yer üzünə atılır. Yüksək səslə: «Yerə... vay olsun!» — deyilir. İblis vaxtının az olduğunu bildiyindən çox qəzəblidir (Vəhy 12:12).

Yəhya göydə quzu ilə təmsil olunan İsanı və onunla birgə insanlar arasından seçilmiş 144 000 nəfəri görür. Onlar İsa ilə bərabər «padşahlıq edəcəklər». Beləliklə, «Vəhy» kitabı övladın ikinci dərəcəli üzvlərinin ümumi sayının 144 000 olduğunu açıqlayır (Vəhy 14:1; 20:6).

Yerin padşahları Armageddona, Qadir Allahın böyük gününə toplaşırlar. Onlar səmavi orduya başçılıq edən və ağ atın belində oturan İsa ilə müharibə edirlər. Bu dünyanın bütün padşahları məhv edilir. Şeytan zəncirlənir və İsa ilə onun 144 000 həmvarisi yer üzünü «min il» ərzində idarə edir. Minilliyin sonunda Şeytan tamamilə məhv edilir (Vəhy 16:14; 20:4).

Məsih və onun hakimiyyət şərikləri Minillik Hökmranlıq zamanı itaətkar bəşəriyyət üçün nələr edəcək? Yəhya yazır: «O, onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4). Yer üzü cənnətə çevrilir!

Beləliklə, «Vəhy» kitabı Müqəddəs Kitabdakı xəbəri tamamlayır. Padşahlıq vasitəsilə Yehovanın adı müqəddəs tutulur və hakimiyyətinə əbədilik bəraət qazandırılır!

«Vəhy» kitabına əsaslanıb.