Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?

 BÖLMƏ 14

Allah peyğəmbərləri vasitəsilə danışır

Allah peyğəmbərləri vasitəsilə danışır

Yehova çıxardığı hökmə təmiz ibadətə və Padşahlıq ümidinə dair xəbərləri çatdırmaq üçün peyğəmbərlər təyin edir

İSRAİL və Yəhuda padşahları dövründə bir qrup insanlar — peyğəmbərlər meydana çıxdı. Allahın hökmünü çatdıran bu insanlar qeyri-adi imana və cəsarətə malik idilər. Allahın peyğəmbərlərinin çatdırdığı dörd vacib xəbəri nəzərdən keçirək.

1. Yerusəlimin məhvi. Çox illər əvvəldən Allahın peyğəmbərləri, yəni Əşiya və Ərəmya Yerusəlimin dağıdılacağı və viranə qalacağı barədə xəbərdarlıq etməyə başladı. Onlar Allahın qəzəbinin şəhərin üzərinə nə üçün gəldiyini aydın şəkildə bəyan edirdilər. Baş alıb gedən yalan dini ayinlər, rüşvətxorluq və zorakılıq sübut edirdi ki, şəhər sakinlərinin Yehovanı təmsil etməsinə dair iddiası yalandır (2 Padşahlar 21:10—15; Əşiya 3:1—8, 16—26; Ərəmya 2:1—3:13).

2. Təmiz ibadətin bərpası. 70 illik sürgündən sonra Allahın xalqı Babildən azad olunacaqdı. Onlar özlərinin boş qalmış torpaqlarına qayıdacaq və Yerusəlimdə Yehovanın məbədini bərpa edəcəkdilər (Ərəmya 46:27; Amus 9:13—15). Təxminən 200 il qabaqcadan Əşiya Babili məğlub edib, Allahın xalqına təmiz ibadəti bərpa etməyə icazə verəcək fatehin adının Kuruş olduğunu demişdi. Əşiya hətta Kuruş qeyri-adi döyüş strategiyasını da təfərrüatı ilə təsvir etmişdi (Əşiya 44:24—45:3).

3. Məsihin gəlişi və onunla baş verənlər. Məsih Beytləhm şəhərində anadan olacaqdı (Mikə 5:2). O, təvazökar olacaq, Yerusəlimə eşşəyin belində girəcəkdi (Zəkəriyyə 9:9). Həlim və xeyirxah olmasına baxmayaraq, o sevilməyəcək və bir çoxları tərəfindən rədd ediləcəkdi (Əşiya 42:1—3; 53:1, 3). O, işgəncə verilərək öldürüləcəkdi. Bu, onun həyatının sonumu olacaqdı? Xeyr, çünki onun qurbanlığı sayəsində bir çoxlarının günahları bağışlanmalı idi (Əşiya 53:4, 5, 9—12). Bu isə yalnız onun dirilməsi sayəsində mümkün ola bilərdi.

4. Məsihin yer üzərindəki hökmranlığı. Qeyri-kamil insanlar, doğrudan da, sülh içində rəhbərlik etməyə qadir deyillər, lakin Allahın Padşahlığının Padşahı «Sülh əmiri» adlanacaq (Əşiya 9:6, 7; Ərəmya 10:23). Onun hakimiyyəti altında bütün insanlar bir-birilə və hətta heyvanlarla sülh içində yaşayacaqlar (Əşiya 11:3—7). Artıq xəstəlik olmayacaq (Əşiya 33:24). Hətta ölüm belə əbədilik yox ediləcək (Əşiya 25:8). Məsihin hökmranlığı dövründə ölülər yer üzündə yaşamaq üçün dirildiləcək (Dənyal 12:13).

«Əşiya»; «Ərəmya»; «Dənyal»; «Amus»; «Mikə» «Zəkəriyyə» kitablarına əsaslanıb.