Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?

 BÖLMƏ 5

Allah İbrahimi və ailəsini xeyir-dualandırır

Allah İbrahimi və ailəsini xeyir-dualandırır

İbrahimin nəsli artır. Allah Misirdə Yusifi qoruyur

YEHOVA bilirdi ki, bir gün Ona ən əziz olan Birinə işgəncə veriləcək və öldürüləcək. Yaradılış 3:15 ayəsində yazılmış peyğəmbərlik bu həqiqətə işarə edirdi. Allah bu ölümün Ona necə baha başa gəldiyini insanlara hansısa yolla çatdıra bilərdimi? Müqəddəs Kitabda buna dair canlı nümunə var. Allah İbrahimə sevimli oğlu İshaqı qurban verməsini buyurdu.

İbrahim böyük iman sahibi idi. Yadınızdadırsa Allah qabaqcadan deyilmiş Xilaskarın və ya Övladın İshaqdan törəyəcəyini vəd etmişdi. Lazım gələrsə, Allahın İshaqı dirildəcəyinə əmin olaraq İbrahim itaətkarlıqla oğlunu qurban vermək üzrə ikən Allahın mələyi İbrahimi dayandırdı. Allah İbrahimi malik olduğu ən dəyərli şeyi qurban verməyə hazır olduğuna görə təriflədi və vədlərini bu sadiq insana təkrarladı.

Sonralar İshaqın Eys və Yaqub adlı iki oğlu oldu. Eysdən fərqli olaraq, Yaqub ruhani dəyərləri qiymətləndirirdi və buna görə də mükafatlandırıldı. Allah Yaqubun adını dəyişib İsrail qoydu və onun 12 oğlu İsrail qəbilələrinin başçısı oldu. Bəs necə oldu ki, bu ailə böyük xalqa çevrildi?

Bu oğulların əksəriyyətinin kiçik qardaşları Yusifə paxıllıq etmələri nəticəsində bir sıra hadisələr baş verdi. Qardaşları Yusifi qul kimi satdılar və o, Misirə aparıldı. Ancaq Allah bu imanlı və cəsarətli gənci xeyir-dualandırdı. Böyük çətinliklərə baxmayaraq, nəticədə Yusif Misir hökmdarı fironun gözündə lütf qazandı və ona böyük səlahiyyət verildi. Bu, düz vaxtına düşdü, çünki aclıq ucbatından Yaqub oğullarından bəzilərini Misirə ərzaq almağa göndərdi. Həmin vaxt bütün ərzaq ehtiyatı Yusifin ixtiyarında idi! Peşman olmuş qardaşları ilə həyəcanlandırıcı qovuşmadan sonra Yusif onları bağışladı və bütün ailəni Misirə gətirmələrini xahiş etdi. Onlara artıb xoşbəxt yaşamaları üçün gözəl bir diyar verildi. Yusif anlayırdı ki, vədlərini yerinə yetirmək üçün hadisələri Allah Özü bu cür istiqamətləndirib.

Yaşa dolmuş Yaqub ömrünün qalan hissəsini Misirdə getdikcə artan ailəsinin əhatəsində keçirdi. Ölüm yatağında olarkən o, vəd olunan Övladın və ya Xilaskarın oğlu Yəhudanın nəslindən gələcəyini və qüdrətli Hökmdar olacağını qabaqcadan dedi. Uzun illər sonra Yusif ölümündən əvvəl peyğəmbərlik etdi ki, Allah bir gün Yaqubun ailəsini Misirdən çıxaracaq.

Yaradılış 2050-dək fəsillərinə; İbranilərə 11:1722 ayələrinə əsaslanıb.