Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?

 BÖLMƏ 12

Həyat üçün rəhbərlik təqdim edən ilahi müdriklik

Həyat üçün rəhbərlik təqdim edən ilahi müdriklik

«Məsəllər» kitabı əksəriyyəti Süleyman tərəfindən deyilmiş, Allahdan ilham alan məsəllər toplusudur. Bu məsəllər gündəlik həyat üçün rəhbərlik təqdim edir

YEHOVA müdrik Hökmdardırmı? Bu suala cavab verməyin ən yaxşı üsulu Onun verdiyi məsləhətləri nəzərdən keçirməkdir. Onlar tətbiqolunandırmı? Onlara əməl etmək həyatı daha mənalı və uğurlu edirmi? Müdrik padşah Süleyman yüzlərlə məsəl yazmışdır. Bu məsəllərdə, demək olar, həyatın bütün sahələrinə toxunulur. Gəlin bir neçə nümunəyə nəzər salaq.

Allaha güvənin. Yehova ilə yaxşı münasibətlərin olması üçün Ona güvənmək son dərəcə vacibdir. Süleyman yazmışdır: «Bütün qəlbinlə Yehovaya etibar et, öz ağlına güvənmə. Hər işində Onu düşün, O da yollarını rəvan edər» (Məsəllər 3:5, 6). Allaha güvənmək, yəni Onun rəhbərliyini axtarmaq və Ona tabe olmaq həyata dərin məna qatır. Belə etməklə insan Allahın ürəyini sevindirir və Onun düşməni Şeytanın qaldırdığı mübahisəli məsələlərdə Yehovaya öz mövqeyini göstərir (Məsəllər 27:11).

Başqaları ilə hikmətlə davranın. Allahın ərlərə, arvadlara və uşaqlara verdiyi məsləhət bu gün həmişəkindən daha çox aktualdır. Allah ərlərə: «Cavanlığında aldığın arvadından kam al» məsləhətini verərək arvadlarına sadiq qalmalı olduqlarını göstərir (Məsəllər 5:18—20). Ərli qadınlar «Məsəllər» kitabından ərinin və uşaqlarının fəxri olan bacarıqlı qadının parlaq təsvirini görə bilərlər (Məsəllər fəsil 31). Burada, həmçinin uşaqlara valideynlərinə itaət etmək məsləhət görülür (Məsəllər 6:20). Bundan başqa kitabda göstərilir ki tənhalığı sevmək xudbinliyə gətirib çıxardığından dostluq etmək vacibdir (Məsəllər 18:1). Dostlar bizə həm yaxşı, həm də pis təsir edə bilər, buna görə də özümüzə dost seçərkən müdrik olmalıyıq (Məsəllər 13:20; 17:17).

Öz qayğınıza hikmətlə qalın. «Məsəllər» kitabında spirtli içkilərdən sui-istifadə etməməyə sağlamlığa yaxşı təsir göstərən hisslərə sahib olmağa, səhhətə zərər yetirənləri isə boğmağa və çalışqan işçi olmağa dair dəyərli məsləhətlər var (Məsəllər 6:6; 14:30; 20:1). Orada xəbərdarlıq olunur ki, Allahın məsləhətinə zidd gedən insan düşüncəsinə etibar etmək fəlakətə gətirib çıxarır (Məsəllər 14:12). Ürəyimizin «həyat bulaqları» olduğunu xatırladaraq kitab daxili varlığımızı, yəni ürəyimizi pozucu təsirlərdən qorumağı nəsihət edir (Məsəllər 4:23).

Bütün dünyada milyonlarla insan bu kimi məsləhətlərə uyğun yaşamağın həyatı yaxşılaşdırdığını görmüşdür. Nəticədə, tutarlı səbəbdən irəli gələrək onlar Yehovanı öz Rəhbərləri kimi qəbul edirlər.

«Məsəllər» kitabına əsaslanıb.