Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?

 BÖLMƏ 4

Allah İbrahimlə əhd bağlayır

Allah İbrahimlə əhd bağlayır

İbrahim Allaha imanla itaət edir? Yehova onu xeyir-dualandıracağını və nəslini artıracağını vəd edir

NUHUN günlərindəki Daşqından təxminən 350 il keçmişdi. Yaşa dolmuş İbrahim hazırkı İraqda yerləşən çiçəklənən Ur şəhərində yaşayırdı. İbrahim böyük iman sahibi idi. Ancaq onun imanı sınağa çəkildi.

Yehova İbrahimə doğulduğu yeri tərk edib yad torpağa Kənan diyarına köçməyi buyurdu. İbrahim tərəddüd etmədən tabe oldu. O, arvadı Sara, qardaşı oğlu Lut da daxil olmaqla, bütün ailəsini götürüb yola çıxdı və uzun səyahətdən sonra yaşamaq üçün Kənanda çadır qurdu. İbrahimlə əhd bağlayaraq Yehova vəd etdi ki, ondan böyük millət törəyəcək, yer üzündə olan bütün insanlar onun vasitəsilə xeyir-dua alacaq və nəsli Kənan diyarına sahib olacaq.

İbrahimin və Lutun həyatı günü-gündən çiçəklənir, mal-qarası və qoyun sürüsü çoxalırdı. İbrahim öz mənfəətini güdməyərək Luta istədiyi ərazini seçməyə izin verdi. Lut İordan çayının məhsuldar ərazisini seçdi və Sədum şəhəri yaxınlığında məskunlaşdı. Ancaq Sədumun sakinləri Yehovaya qarşı çoxlu günah edən əxlaqsız insanlar idilər.

Yehova Allah sonralar İbrahimi əmin etdi ki, onun nəsli göydəki ulduzlar qədər saysız-hesabsız olacaq. İbrahim bu vədə iman etdi. Lakin İbrahimin sevimli arvadı Sara sonsuz idi. Sonralar İbrahimin 99 yaşı olanda, Saranın isə yaşı 90-a yaxınlaşanda Allah İbrahimə onların oğlu olacağını dedi. Allahın dediyi kimi, Sara İshaqı doğdu. İbrahimin başqa uşaqları da var idi, ancaq Ədən bağında vəd olunan Xilaskar məhz İshaq vasitəsilə gələcəkdi.

Həmin vaxt Lut və onun ailəsi Sədumda yaşayırdı, lakin saleh Lut şəhərin əxlaqsız sakinləri kimi olmadı. Yehova Səduma qarşı çıxardığı hökmü icra etmək qərarına gələndə mələkləri göndərdi ki, gözlənilən məhv barədə Lutu xəbərdar etsinlər. Mələklər Luta və ailəsinə Sədumdan qaçmağı və geriyə baxmamağı tapşırdı. Sonra Allah Sədumun və onun yaxınlığında yerləşən pozğun şəhər Əmurənin üzərinə odlu kükürd yağdıraraq bütün sakinlərini məhv etdi. Lut və iki qızı xilas oldu. Ancaq Lutun arvadı ehtimal ki, arxada qoyduğu mülkü üçün heyifsləndiyindən geriyə baxdı. İtaətsizliyi ona həyatı bahasına başa gəldi.

Yaradılış 11:1019:38 ayələrinə əsaslanıb.

Əlavə məlumat

İbrahim — «iman gətirənlərin atası»

İbrahim peyğəmbərin imanlı insan olduğu nə görünür? Hansı sahələrdə İbrahim peyğəmbərin imanını örnək götürə bilərsiniz?