Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?

 BÖLMƏ 6

Əyyub kamil qalır

Əyyub kamil qalır

Şeytan Əyyubun Allah qarşısında kamil olduğunu şübhə altına alır, ancaq Əyyub Yehovaya sadiq qalır

SON həddədək sınanarsa və itaətkarlığı sanki heç bir maddi fayda gətirməzsə, insanlardan kimsə Allaha sadiq qalacaqmı? Bu sual Əyyub adlı bir nəfərlə bağlı qaldırıldı və öz cavabını da tapdı.

İsraillilər Misirdə olarkən indiki Ərəbistanın ərazisində İbrahimin Əyyub adlı qohumu yaşayırdı. Bu arada mələklər göydə Allahın hüzurunda toplaşdılar. Üsyankar Şeytan da onların arasında idi. Mələklərin önündə Yehova xidmətçisi Əyyubun sadiqliyinə əmin olduğunu bildirdi. Yehova dedi ki, yer üzündə Əyyub kimi kamil insan yoxdur. Ancaq Şeytan iddia etdi ki, Əyyub Allaha yalnız xeyir-dua verdiyi və müdafiə etdiyi üçün xidmət edir. Şeytan Əyyubun əlindən hər şeyi alındığı təqdirdə Allahı lənətləyəcəyi fikrini irəli sürdü.

Allah Şeytana izin verdi ki, əvvəlcə Əyyubun var-dövlətini və uşaqlarını sonra isə sağlamlığını əlindən alsın. Baş verənlərdə Şeytanın əli olduğundan xəbərsiz olan Əyyub nəyə görə Allahın bütün bu sınaqlara yol verdiyini anlaya bilmirdi. Buna baxmayaraq, Əyyub heç vaxt Allahdan üz döndərmədi.

Üç yalançı dostu Əyyubun yanına gəldi. «Əyyub» kitabının bir çox səhifələrini tutmuş sözləri ilə onlar Əyyubu yanlış olaraq inandırmağa çalışırdılar ki, Allah onu gizli günahlarına görə cəzalandırır. Onlar hətta iddia edirdilər ki, Allah Öz xidmətçilərindən məmnun deyil və onlara etibar etmir. Əyyub onların yanlış fikirlərini rədd etdi. O, ölənədək kamil qalacağını qətiyyətlə bəyan etdi!

Ancaq Əyyub özünə həddindən artıq haqq qazandırmaqla səhvə yol verdi. Söhbətə əvvəldən axıradək sakitcə qulaq asdıqdan sonra yaşca kiçik Əlifəz sözə başladı. Əlifəz Yehova Allahın hakimiyyətinə bəraət qazandırılmasının hər hansı insanın bəraət qazanmasından qat-qat vacib olduğunu dərk etmədiyi üçün Əyyubu məzəmmət etdi. O, Əyyubun yalançı dostlarını da ciddi şəkildə qınadı.

Sonra Yehova Allah Əyyubla danışaraq onun fikirlərinə düzəliş verdi. Yehova Əyyubun diqqətini yaratdığı xariqələrə yönəldərək onu Yaradanın böyüklüyü ilə müqayisədə insanın nə qədər kiçik olduğu üzərində düşünməyə təşviq etdi. Əyyub həlimliklə Allahın etdiyi düzəlişi qəbul etdi. Çox mehriban və mərhəmətli olan Yehova Əyyubun sağlamlığını qaytardı, ona əvvəlkindən ikiqat artıq var-dövlət və on uşaq bəxş etdi (Yaqub 5:11). Şiddətli sınaq altında kamilliyini qorumaqla Əyyub Şeytanın sınağa çəkildiyi təqdirdə insanların Allaha sadiq qalmayacağına dair irəli sürdüyü yalan ittihamına uğurla cavab verdi.

«Əyyub» kitabına əsaslanıb.