Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 115

Yer üzündə yeni Cənnət

Yer üzündə yeni Cənnət

ŞƏKİLDƏKİ hündür ağaclara, əlvan güllərə və uca dağlara bax. Bura necə də gözəldir! Bax maral oğlanın əlindən necə yeyir! Hələ çəməndəki şirlərə, atlara bir bax! Sən belə gözəl yerdə yaşamaq istəməzdinmi?

Allah istəyir ki, sən yer üzündə olacaq Cənnətdə əbədi yaşayasan. O sənin xəstələnməyini istəmir. Müqəddəs Kitabda yeni Cənnətdə yaşayacaq adamlar üçün Allahın vədi yazılıb. Gör orada nə deyilir: ‘Allah onlarla olacaq. İnsanlar heç vaxt ölməyəcək, onların heç yeri ağrımayacaq, daha heç kəs ağlamayacaq. Əvvəlki şeylər bir daha olmayacaq’.

Bütün bu gözəl işlərin mütləq baş verməsi üçün İsa özü qayğı göstərəcək. Bəs bilirsən bu nə vaxt olacaq? İsa yer üzünü pis işlərdən və pis adamlardan təmizləyəndən sonra. Yadındadır, biz oxumuşduq ki, İsa yerdə yaşayanda xəstələri sağaldır, hətta ölüləri də dirildirdi. İsa bunu gələcəkdə Padşah olanda bütün yer üzündə nələr edəcəyini göstərmək üçün edirdi.

Bir fikirləş: yer üzündəki Cənnətdə həyat necə də gözəl olacaq! İsa seçdiyi adamlarla birlikdə göydən yeri idarə edəcək. Onlar bütün insanların qeydinə qalacaq və hamının xoşbəxtliyi üçün çalışacaqlar. Gəl görək Allahın bizə yeni Cənnətdə yaşamağa icazə verməsi üçün nə etməliyik.

Əlavə məlumat

Allahın Padşahlığı nələri həyata keçirəcək?

Allahın hökuməti bütün yer üzünü idarə etməyə başlayanda sizi nələr gözlədiyi haqda öyrənin.