Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 114

Nəhayət pisliyə son qoyulacaq

Nəhayət pisliyə son qoyulacaq

ŞƏKİLDƏ sən nə görürsən? Hə, bunlar ağ atlılardır. Amma gör onlar haradadırlar! Atlılar göydə buludların üstündədirlər! Aa, məgər göydə at olur?

Yox, yox, bunlar əsl at deyil. Çünki at buludların üstü ilə qaça bilməz. Ancaq Müqəddəs Kitabda göydəki atlardan danışılır. Bəs bu necə ola bilər?

Əvvəllər müharibələrdə atlardan istifadə edirdilər. Müqəddəs Kitab göydəki atlardan danışanda onu demək istəyir ki, Allah yerdəki insanlarla müharibə aparacaq. Bilirsən, bu müharibə necə adlanır? Har-Megidon. Bu müharibə yer üzündəki bütün pis işlərin kökünü kəsəcək.

Har-Megidon müharibəsini İsa aparacaq. Yadındadırsa, Yehova Allah İsanı Öz hökumətinin Padşahı seçmişdi. Buna görə də İsanın başında tac var. Onun əlindəki qılınc göstərir ki, o, Allahın düşmənlərinin hamısını öldürəcək. Nə yaxşı ki, Allah pis insanların hamısını məhv edəcək!

Gəl 10-cu hekayəni açaq. Oradakı şəkildə sən nə görürsən? Düzdür, bu böyük Daşqındır. Daşqında pis adamlar ölmüşdülər. O Daşqını kim etmişdi? Yehova Allah. İndi isə gəl 15-ci hekayəyə baxaq. Bəs orada nə görürsən? Sodom və Homorra şəhərləri od-alov içindədir. Bunu da Allah etmişdi.

Gəl indi 33-cü hekayəni açaq. Görürsən, misirlilərin atları və döyüş arabaları ilə nə baş verir? Onları suda kim batırdı? Yehova Allah. O bunu Öz xalqını qorumaq üçün etdi. İndi isə 36-cı76-cı hekayələrə baxaq. Orada nə görürük? Pis əməllərinə görə Yehova hətta Öz xalqını da cəzalandırdı.

Pisliyə son qoymaq üçün Yehovanın göydəki ordusunu yerə göndərməsi heç də təəccüblü deyil. Təsəvvür edirsən bu nə deməkdir? O biri səhifəni çevir, birlikdə oxuyaq.