Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 107

Stefanı daşa basırlar

Stefanı daşa basırlar

DİZ ÜSTƏ çökmüş bu adam Stefandır. O, İsanın sadiq şagirdlərindən biridir. Amma gör onunla nə baş verir! Bu kişilər onu daşlayırlar. Axı nəyə görə onlar Stefana bu qədər nifrət edir, onunla belə qəddarcasına davranırlar? Gəl öyrənək.

Stefan Allahın köməyi ilə möcüzələr edir və xalqa həqiqəti öyrədir. Onun belə gözəl işləri bu kişilərin xoşuna gəlmir və onlar Stefanla mübahisəyə girişirlər. Allah Stefana çoxlu hikmət verdiyindən o, bu adamların xalqa yalan şeylər öyrətdiyinin üstünü açır. Bu kişilər lap hirslənirlər. Onlar Stefanı tuturlar və sonra yalançı şahidlər çağırırlar.

Baş kahin Stefandan soruşur: ‘Bu sözlər doğrudurmu?’ Bu suala cavab olaraq, Stefan Müqəddəs Kitab əsasında gözəl bir nitq söyləyir. Axırda o, qədimdə yaşamış pis adamların Yehovanın peyğəmbərlərinə nifrət etdiklərini də deyir. Sonra əlavə edir: ‘Siz də onlar kimisiniz. Siz, Allahın xidmətçisi İsanı öldürdünüz və Allahın qanunlarına əməl etmirsiniz’.

Bu sözlər din başçılarını özündən çıxarır. Onlar hirslərindən dişlərini qıcayırlar. Birdən Stefan başını qaldırıb: ‘Baxın! Mən İsanı göydə Allahın sağında duran görürəm’ deyir. Bunu eşidən kişilər qulaqlarını tıxayıb, Stefanın üstünə cumurlar. Onu sürüyüb şəhərin kənarına çıxarırlar.

Bu kişilər üst paltarlarını çıxarıb, onları Şaul adlı bir cavana tapşırırlar. Şəkildə Şaulu görürsən? Sonra onlardan bir neçəsi Stefana daş atmağa başlayır. Bir bax, Stefan diz çöküb Allaha dua edir: ‘Yehova, qəddarlıqlarına görə onları cəzalandırma’. O bilir ki, bu adamlardan bəzilərini din başçıları yoldan çıxarıblar. Bundan sonra Stefan ölür.

Sənə kimsə pislik edəndə, sən də əvəzini çıxmaq və ya Allahdan onun payını verməsini istəyirsən? Nə Stefan, nə də İsa belə etmirdilər, əksinə, onlara pislik edənlərə yaxşılıq edirdilər. Sən də onlara oxşamağa çalış, yaxşı?