Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 103

İsa bağlı otağa girir

İsa bağlı otağa girir

PETERLƏ Yəhya İsanın qoyulduğu sərdabədən çıxıb gedirlər. Məryəm orada tək qalır. O ağlayır. Sonra da əvvəlki şəkildən gördüyümüz kimi sərdabənin içinə boylanır. Orada Məryəm iki mələk görür. Onlar soruşurlar: ‘Niyə ağlayırsan?’

Məryəm cavab verir: ‘Ağamı aparıblar, mən də bilmirəm hara qoyublar’. Sonra Məryəm geri dönüb bir adam görür. O, Məryəmdən soruşur: ‘Kimi axtarırsan?’

Məryəm elə bilir ki, bu adam bağbandır və ola bilər, İsanın bədənini də elə o götürüb. ‘Əgər onu buradan aparmısansa, nə olar mənə de, onu hara qoymusan?’, deyə Məryəm xahiş edir. Əslində bu adam elə İsanın özüdür. Sadəcə, Məryəm onu yeni görkəmdə tanımır. Amma İsa onu adı ilə çağıran kimi Məryəm onu tanıyır. O qaçıb şagirdlərə İsanı gördüyünü deyir.

Elə həmin gün iki şagird Ammaus adlanan bir kəndə gedərkən onlara bir nəfər qoşulur. Şagirdlər İsanın ölümünə görə çox kədərlidirlər. Amma yol boyu o adam onlara Müqəddəs Kitabın bir çox hissələrini başa salır və şagirdlər özlərini bir az yaxşı hiss edirlər. Onlar bu adamın İsa olduğunu yemək yeyən vaxt başa düşürlər. Həmin anda İsa yoxa çıxır və iki şagird hər şeyi həvarilərə danışmaq üçün tez Yerusəlimə qayıdırlar.

Bu iki şagird yolda olarkən İsa Peterə də görünür. Başqa şagirdlər bunu eşidəndə çox sevinirlər. Həmin iki şagird Yerusəlimə gəlib İsanın onlara da göründüyünü həvarilərə xəbər verirlər. Onlar bu haqda danışarkən qəribə bir şey baş verir, bilirsən nə?

Bir şəklə bax. Qapı bağlı olsa da, İsa düz otağın ortasında dayanıb. Şagirdlər gör necə sevinirlər! Bu anı onlar heç vaxt unutmayacaqlar! İsanın öz şagirdlərinə neçə dəfə göründüyünü saya bilərsən? Səncə, beş dəfə olar?

İsa şagirdlərinə bağlı otaqda görünəndə həvari Toma aralarında yox idi. Şagirdlər ona ‘biz Ağamızı gördük!’ deyə xəbər verirlər. Amma Toma ‘öz gözümlə görməyincə, inanmaram’ deyir. Bu hadisədən səkkiz gün keçir. Toma şagirdlərlə bərabər otaqdadır. Qapı bağlıdır. Birdən İsa düz otağın ortasında görünür. Bu dəfə Toma inanır.

Əlavə məlumat

Məsihi yüzlərlə adam görür

İsa Məsih diriləndən sonra hələ göyə qalxmamış şagirdlərinə nə alacaqlarını və bunun onlara faydasını dəfələrlə demişdi.