Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

Hissə 7

İsanın dirilməsindən Pavelin həbsinədək

İsanın dirilməsindən Pavelin həbsinədək

İsa üç gündən sonra dirilir. Dirilən gün o öz davamçılarına düz beş dəfə görünür. İsa 40 gün ərzində onlara görünməyə davam edir. Sonra şagirdlərinin gözü önündə göyə qalxır. Allah on gündən sonra İsanın Yerusəlimə yığışmış davamçılarının üzərinə müqəddəs ruhu tökür.

Bir qədər vaxtdan sonra Allahın düşmənləri həvariləri həbsxanaya salırlar, amma mələk onları həbsxanadan azad edir. Bəzi pis adamlar şagird Stefanı daşqalaq edib öldürürlər. İsanın, düşmənlərindən birini seçib özünün xüsusi xidmətçisi etdiyi barədə də öyrənəcəyik. Bu xidmətçi sonradan həvari Pavel kimi tanınır. İsanın ölümündən üç il yarım keçəndən sonra Allah həvari Peteri yəhudi olmayan Korneliusa və onun evindəkilərə təbliğ etmək üçün göndərir.

Bu hadisədən təxminən 13 il sonra Pavel ilk təbliğ səyahətinə çıxır. İkinci səyahəti zamanı Timotey ona qoşulur. Biz, Allaha xidmət etdikləri zaman Pavelin və onun əməkdaşlarının başına gələn maraqlı hadisələri oxuyacağıq. Pavel Romada həbs edilir. İki ildən sonra onu azadlığa buraxırlar, amma sonra onu yenidən həbs edirlər və öldürürlər. YEDDİNCİ HİSSƏDƏ 32 illik tarixi hadisələrdən danışılır.

 

BU BÖLMƏDƏ

HEKAYƏ 102

İsa sağdır

Mələk sərdabənin ağzındakı daşı qırağa yuvarlayır. Keşikçilər sərdabənin içinə baxanda çox təəccüblənirlər.

HEKAYƏ 103

İsa bağlı otağa girir

Nəyə görə İsa Məsih dirilib şagirdlərinin yanına gələndə onlar onu tanımır?

HEKAYƏ 104

İsa göyə qayıdır

İsa Məsih göyə qalxmazdan öncə şagirdlərinə son tapşırığını verir.

HEKAYƏ 105

Yerusəlimdə gözləyərkən

Nəyə görə İsa Məsih Pentikost günü şagirdlərinin üzərinə müqəddəs ruh tökür?

HEKAYƏ 106

Həbsxanadan azad edilirlər

Yəhudi din xadimləri həvarilərin təbliğ işinə mane olmaq üçün onları həbs edirlər. Amma Allah bunun çıxış yolunu bilir.

HEKAYƏ 108

Dəməşqə gedən yolda

Gur işıq və göydən gələn səs Şaulun həyatını tam dəyişir.

HEKAYƏ 109

Peter Korneliusun yanına gəlir

Allah hansısa milləti və ya xalqı o birisindən çox istəyir?

HEKAYƏ 110

Pavelin yeni köməkçisi Timotey

Timotey evindən ayrılıb Pavellə birgə möhtəşəm təbliğ səhayətinə çıxır.

HEKAYƏ 111

Yuxulayan oğlan

Eftik Pavelin ilk nitqi zamanı yuxuya getsə də, ikinci nitqi zamanı bu baş vermir. Pavelin dediyi bu iki nitq arasında əsil möcüzə baş verir.

HEKAYƏ 112

Gəmi qəzaya uğrayır

Gəmidəkilər ümidlərini itirən an Allahdan Pavelə xəbər nazil olur və onların ümidi yaranır.

HEKAYƏ 113

Pavel Romada

Pavel zindanda ola-ola həvari kimi öz işini necə həyata keçirə bilərdi?