Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 97

İsa Yerusəlimə padşah kimi girir

İsa Yerusəlimə padşah kimi girir

İKİ kor dilənçinin gözünü açandan bir az sonra, İsa Yerusəlimin yaxınlığında yerləşən balaca bir kəndə gəlir. O, şagirdlərindən ikisinə deyir: ‘Kəndə girin, orada bir eşşək tapacaqsınız. Onu açıb mənə gətirin’.

Şagirdlər eşşəyi gətirirlər. İsa eşşəyə minib, yaxınlıqda yerləşən Yerusəlimə gəlir. Şəhərə yaxınlaşanda onu qarşılamağa çoxlu adam çıxır. Onların çoxu üst paltarlarını yerə sərir, başqaları palma ağaclarından kəsdikləri budaqları yerə düzürlər. Camaat qışqırır: ‘Yehovanın adı ilə gələn padşaha eşq olsun!’

Qədimdə İsraildə belə bir adət var idi. Xalq yeni padşahı tanısın deyə, padşah eşşəyin üstündə Yerusəlimə girirdi. İsa da eynilə edir. Onu qarşılamağa çıxan adamlar göstərirlər ki, onlar İsanın padşah olmasını istəyirlər. Amma İsanın padşah olmasını hamı istəmir. Bunu, İsa məbəddə olarkən baş verən hadisədən görəcəyik.

Məbəddə İsa korları və şikəstləri sağaldır. Bunu görən uşaqlar İsanı yüksək səslə tərif edirlər. Amma kahinlərin buna acığı tutur və onlar İsaya deyirlər: ‘Uşaqların nə dediyini eşidirsən?’

‘Bəli, eşidirəm’, deyə İsa cavab verir. ‘Məgər Müqəddəs Kitabda körpələrin dili ilə tərif sözləri deyiləcəyini oxumamısınız?’ Uşaqlar Allahın seçdiyi Padşahı tərifləməyə davam edirlər.

Biz də o uşaqlara oxşamaq istəyirik, elə deyilmi? Bəzi adamlar çalışacaq ki, biz Allahın Padşahlığı barədə danışmayaq. Amma biz heç nəyə baxmayaraq, İsanın gələcəkdə insanlar üçün edəcəyi gözəl şeylər barəsində başqalarına danışacağıq.

İsa yer üzündə yaşayanda hələ padşah olmağının vaxtı deyildi. Bəs o haçan padşah olacaq? İsanın şagirdlərini də bu sual maraqlandırırdı. Bu haqda gələn hekayəmizdən öyrənəcəyik.

Əlavə məlumat

Padşah Yerusəlimə qoduğun belində daxil olur

Məsih ondan beş yüz il əvvəl deyilmiş peyğəmbərliyi yerinə yetirir.