Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 92

İsa ölüləri dirildir

İsa ölüləri dirildir

BU QIZIN 12 yaşı var. İsa onun əlindən tutub. Qızın anası ilə atası da yanındadırlar. Heç bilirsən onlar nəyə sevinirlər? Gəl öyrənək.

Qızın atasının adı Yairdir. O çox nüfuzlu adamdır. Bir gün onun qızı xəstələnib yatağa düşür, vəziyyəti get-gedə pisləşir. Yair ilə arvadı yaman narahatdırlar, deyəsən, balaca qızları öləcək. Bu qız onların gözlərinin ağı-qarası yeganə balasıdır. Buna görə də Yair İsanı axtarmağa yollanır. O, İsanın möcüzələri haqqında eşidib.

Yair İsanı tapır. Onun ətrafında çoxlu adam var. Yair onların arasından keçir və İsanın ayaqlarına düşərək yalvarmağa başlayır: ‘Qızım yaman xəstədir. Nə olar, gəl onu sağalt’. İsa onunla getməyə razı olur.

Onlar yol gedərkən, camaat İsanın ətrafında daha da sıxlaşır. İsa birdən ayaq saxlayır. ‘Mənə kim toxundu?’ deyə soruşur. İsa, özündən qüvvə çıxdığını hiss etdiyindən başa düşür ki, ona kimsə toxunub. Bəs kim? Bu, 12 ildir ki, bərk xəstə olan bir qadındır. O gəlib İsanın paltarına toxunur və sağalır!

İndi Yair rahatdır, çünki İsa üçün xəstə sağaltmağın nə qədər asan olduğunu öz gözləri ilə gördü. Amma bu vaxt ona xəbər çatdırırlar: ‘Artıq İsanı narahat etməyə dəyməz. Qızınız ölüb’. İsa bunu eşidib Yairə deyir: ‘Ümidini üzmə, hər şey yaxşı olacaq’.

Onlar Yairin evinə gələndə camaat bərk ağlaşır. İsa deyir: ‘Ağlamayın. Uşaq ölməyib. O sadəcə yatır’. Amma onlar İsaya gülüb onu lağa qoyurlar, çünki qızın öldüyünü bilirlər.

İsa qızın ata-anasını və həvarilərdən üçünü götürüb qız olan otağa girir. O, uşağın əlindən tutub deyir: ‘Ayağa qalx!’ Budur, qız həyata qayıdır. O ayağa qalxıb yeriməyə başlayır! Bax elə buna görə də onun atası ilə anasının sevinci aşıb-daşır.

İsa başqa insanları da dirildib. Müqəddəs Kitabda deyilir ki, onun ilk diriltdiyi adam Nain şəhərində yaşayan dul qadının oğlu olub. Daha sonra İsa Məryəm və Marta adlı iki bacının qardaşı Lazarı diriltdi. İsa Padşah olanda, ölmüş saysız-hesabsız insanları dirildəcək. Buna sevinməli deyilikmi?

Əlavə məlumat

Yairin qızı dirilir

İsa peyğəmbər ölən uşağın yatdığını deyəndə hamı gülür. İsa peyğəmbər onların bilmədiyi nəyi bilir?

Peyğəmbər dul qadının oğlunu dirildir

İsa peyğəmbərin möcüzəsini görənlər bu möcüzələrin nə məna kəsb etdiyini anlayırlar

İlazər dirilir

İki amil sayəsində hətta İsa peyğəmbərin əleyhdarları möcüzəni dana bilməzlər.