Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 96

İsa xəstələri sağaldır

İsa xəstələri sağaldır

İSA şəhər və kəndləri gəzdikcə, bütün xəstələri sağaldır. Bu möcüzələrdən ətrafdakı kənd və qəsəbələrdə yaşayanlar xəbər tutur. Camaat şikəstləri, korları, karları və başqa xəstəliyi olanları İsanın yanına gətirir. İsa da onların hamısını sağaldır.

İsanın vəftiz olunmasından üç ildən artıq vaxt keçib. İsa o vaxtdan bəri xəstələri sağaldır. O, həmçinin həvarilərinə bir qədər vaxtdan sonra Yerusəlimə gedəcəyi, orada öldürüləcəyi, sonra da diriləcəyi barəsində danışır.

Bir şənbə günü İsa camaatı öyrədirdi. Şənbə yəhudilərin istirahət günüdür. Şəkildə gördüyün bu qadın bərk xəstədir. Onun beli 18 ildir ki, bükülüdür və düz dayana bilmir. Buna görə də İsa əllərini qadının üzərinə qoyur və qadın düz durur. Qadın sağalır!

Din başçıları buna bərk hirslənirlər. Onlardan biri camaatın üstünə qışqırıb deyir: ‘İş görmək üçün altı gün var. Sağalmaq istəyirsiz, bu altı gün ərzində gəlin, şənbə günü yox!’

İsa isə onlara cavab verir: ‘Ey, ikiüzlülər! Şənbə günü hər biriniz eşşəyini götürüb su içirməyə aparırsınız. Məgər 18 il xəstə olan bu yazıq qadını şənbə günü sağaltmaq səhv işdir?’ İsanın sözlərindən bu pis adamlar utanırlar.

Bir müddətdən sonra İsa həvariləri ilə Yerusəlimə yollanır. Yerixo şəhərindən çıxdıqları zaman iki kor dilənçi eşidir ki, İsa onların yanından ötüb keçir. Onlar qışqırırlar: ‘İsa, bizə kömək et!’

İsa korları yanına çağırıb soruşur: ‘Siz məndən nə istəyirsiniz?’ Onlar cavab verirlər: ‘Ağa, gözlərimizi aç’. İsa onların gözlərinə toxunur və həmin an onların gözləri açılır! Heç bilirsən İsa bu möcüzələri nəyə görə edirdi? O insanları çox sevirdi və istəyirdi ki, hamı ona inansın. Buna görə də biz əmin ola bilərik: İsa Padşah olanda yer üzündə heç kim xəstələnməyəcək!

Əlavə məlumat

Möcüzənin mənbəyi

İsa peyğəmbərin qardaşları hesab edirlər ki, onun başına hava gəlib.