Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 94

İsa uşaqları sevir

İsa uşaqları sevir

ŞƏKLƏ bax. Görürsən, İsa balaca oğlanı qucaqlayıb. İsaya baxanda uşaqların ona nə qədər əziz olduğunu görmək olar. İsa ilə oğlanın yanındakı adamlar həvarilərdir. İsa onlara nə deyir? Gəl öyrənək.

İsa həvariləri ilə uzaq səfərdən təzəcə qayıdıb. Həvarilər yol boyu aralarında mübahisə edirdilər. İsa onlardan soruşur: ‘Yolda nə haqda mübahisə edirdiniz?’ Əslində İsa onların nə haqda mübahisə etdiyini bilir. Amma bu sualı verir ki, görsün həvarilər ona nə cavab verəcəklər.

Həvarilər cavab vermirlər, çünki yol boyu aralarında kimin ən böyük olduğu barədə mübahisə ediblər. Bəzi həvarilər fikirləşirlər ki, yoldaşlarından daha vacibdirlər. Görəsən, İsa şagirdlərinə ən böyük olmaq istəyinin səhv olduğunu necə başa salacaq?

İsa balaca bir oğlanı ortaya çağırıb həvarilərinə deyir: ‘Bunu yadınızda yaxşı saxlayın: bu uşaq kimi olmasanız, Allahın Padşahlığına girə bilməyəcəksiniz. Uşaq kimi olan, Padşahlıqda ən böyük adam sayılır’. Bilirsən İsa bu sözləri nə üçün deyir?

Çünki balacalar özlərini başqalarından vacib və böyük saymırlar. Buna görə də həvarilər uşaq kimi olmağa çalışmalı, daha böyük və vacib olduqları barədə yoldaşları ilə mübahisə etməməlidirlər.

İsa uşaqların ona çox əziz olduğunu bir neçə dəfə göstərib. Bu hadisədən bir neçə ay sonra camaat uşaqlarını İsanın yanına gətirir. Həvarilər isə uşaqları İsanın yanına buraxmırlar. Amma İsa həvarilərinə deyir: ‘Qoyun uşaqlar yanıma gəlsinlər. Onlara mane olmayın. Çünki Allahın Padşahlığı uşaq kimi olanlarındır’. Sonra İsa uşaqları qucağına alıb onlara xeyir-dua verir. İsanın balacaları sevdiyini bilmək bizi sevindirir, elə deyilmi?

Əlavə məlumat

Boşanma məsələsi və uşaqlara məhəbbət

İsa peyğəmbərin uşaqlara münasibəti şagirdlərinkindən qat-qat fərqlənir. Nəyə görə?