Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 85

İsa tövlədə doğulur

İsa tövlədə doğulur

BİLİRSƏN bu körpə kimdir? Bəli, İsadır. O indicə tövlədə doğulub. Tövlə heyvan saxlanılan yerdir. Məryəm İsanı axura qoyur. Axur eşşək və digər heyvanlar üçün yem qoyulan yeşikdir. Bəs nə üçün Yusiflə Məryəm tövlədədirlər? Axı bura uşaq doğmaq yeri deyil?

Bu doğrudur. Amma Yusiflə Məryəmin burada olmasının səbəbi var. Roma imperatoru qeysər Avqust bir fərman çıxarır. Orada deyilir ki, adının siyahıya alınması üçün hər kəs anadan olduğu şəhərə getməlidir. Yusif Bet-Lexem şəhərində anadan olduğu üçün buraya gəlib. Amma onlar şəhərə gələndə qalmağa yer tapa bilmədiklərindən heyvanlarla bir tövlədə qalmalı olurlar. Elə həmin gün Məryəm İsanı doğur. Amma gördüyün kimi, körpə salamatdır.

İsaya baxmağa gələn çobanları görürsən? Onlar gecə çöldə qoyunlarını otarırdılar. Birdən ətrafda parlaq bir işıq saçmağa başladı. Bu mələk idi! Çobanlar yaman qorxurlar. Amma mələk onlara deyir: ‘Qorxmayın! Sizə xoş xəbər gətirmişəm. Bu gün Bet-Lexemdə Məsih doğulmuşdur. O, insanları xilas edəcək! Siz onu axurda, qundağa bükülmüş tapacaqsınız’. Qəflətən çoxlu mələk peyda olub Allahı izzətləndirməyə başlayırlar. Çobanlar da tez durub İsanı axtarmağa yollanırlar və körpəni tapırlar.

İsanın doğulmasının nəyə görə bu qədər qeyri-adi olduğunu bilirsənmi? Bəs onun əslində kim olduğunu necə, bilirsən? Yadındadırsa, bu kitabın ən birinci hekayəsində sənə Allahın Oğlu haqqında danışmışdıq. Bu Oğul göyü və yeri yaratmaqda Yehova Allaha kömək edirdi. Bax, həmin Oğul İsadır.

Bəli, Yehova Oğlunun həyatını göydən yerə, Məryəmin bətninə köçürdü. Başqa uşaqlar analarının qarnında böyüdükləri kimi, İsa da Məryəmin qarnında böyüməyə başladı. Amma bu uşaq Allahın Oğlu idi. Nəhayət, İsa Bet-Lexemdəki bu tövlədə anadan olur. İndi başa düşdün, mələklər nə üçün İsanın doğulması xəbərini insanlara belə sevinclə çatdırırdılar?

Əlavə məlumat

MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB

İsa peyğəmbər nə zaman doğulub?

Milad bayramının nəyə görə dekabrın 25-də qeyd edildiyinin səbəbləri haqda öyrənin.