Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 95

İsa hekayələrlə öyrədir

İsa hekayələrlə öyrədir

BİR GÜN İsa bir adama deyir ki, o öz yaxınlarını sevməlidir. O adam İsadan soruşur: ‘Mənim yaxınlarım kimdir ki?’ İsa bu adamın nə fikirləşdiyini bilir. O elə düşünür ki, yalnız onun millətindən və dinindən olanlar onun yaxınlarıdır. Gəl görək İsa ona nə deyir.

İsa çox vaxt insanları hekayələrlə öyrədirdi. O indi də bir hekayə danışır. Hekayə bir yəhudi və samariyalı haqqındadır. Biz artıq öyrənmişik ki, yəhudilərin çoxunun samariyalılardan xoşu gəlmir. Hə, gəl İsanın hekayəsini oxuyaq:

Bir gün bir yəhudi dağ yolu ilə Yerixo şəhərinə gedirdi. Yolda onu quldurlar tutub pulunu əlindən alır, ölümcül hala salana kimi döyürlər.

Bir azdan bir yəhudi kahini yoldan keçir və döyülmüş kişini görür. Bilirsən bu kahin nə edir? O, yaralının yanından ötüb, yoluna davam edir. Sonra başqa bir dindar adam bu yoldan keçir. O levilidir. Bəs heç olmasa o ayaq saxlayırmı? Yox, o da döyülmüş adama kömək etmək üçün dayanmır. Şəkildə kahinin və levilinin oradan uzaqlaşdığını görə bilərsən.

Amma bir bax, döyülmüş adamın yanındakı kimdir? O samariyalıdır. Samariyalı yəhudiyə kömək edir. Onun yaralarına dərman bağlayır. Sonra onu dincəlib özünə gələ biləcəyi bir yerə aparır.

Hekayəsini danışıb qurtarandan sonra İsa ona sual verən adama deyir: ‘Səncə, bu üçündən hansını döyülmüş adamın yaxını saymaq olar? Kahini, levilini, yoxsa samariyalını?’

O cavab verir: ‘Samariyalını. Çünki o, döyülmüş adama qayğı göstərdi’.

İsa deyir: ‘Doğru deyirsən. Get, sən də onun kimi ol’.

İsanın insanları bu cür öyrətməsi sənin xoşuna gəlirmi? Biz Müqəddəs Kitabdan İsanın dediklərinə qulaq assaq, çoxlu vacib şey öyrənərik.

Əlavə məlumat

Xeyirxah səməriyyəli

İsa peyğəmbər xeyirxah səməriyyəli məsəlini danışaraq necə təsirli nəsihət verir?

İtmiş oğul qayıdır

İsa peyğəmbərin itmiş oğul barədə çəkdiyi məsəldən nə öyrənirik?