Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

Hissə 6

İsanın doğulmasından ölümünədək

İsanın doğulmasından ölümünədək

Allah, Cəbrayıl mələyi Məryəm adlı gözəl bir qızın yanına göndərir. Mələk qıza deyir ki, onun bir uşağı olacaq və əbədiyyən Padşahlıq edəcək. Adı İsa olan həmin uşaq tövlədə doğulur. Çobanlar onu görməyə gəlirlər. Daha sonra bir ulduz münəccimləri şərqdən körpənin qaldığı yerə gətirir. Biz ulduzun kimin tərəfindən hərəkətə gətirildiyi və İsanın ölüm təhlükəsindən necə qorunduğu haqqında öyrənəcəyik.

Sonra biz 12 yaşlı İsanı məbəddə müəllimlərlə danışarkən tapırıq. Bundan 18 il sonra İsa vəftiz edilib Allahın tapşırdığı işə — Padşahlıq haqqında xoş xəbəri təbliğ etməyə və insanları öyrətməyə başlayır. İsa bu işdə ona kömək etmək üçün 12 kişi seçib, onları öz həvarisi edir.

İsa bir çox möcüzələr də edir. O, minlərlə adamı bir neçə balıq və çörəklə doydurur, xəstələri sağaldır, hətta ölüləri dirildir. Axırda, ömrünün sonuncu günü İsa ilə nə baş verdiyi və necə öldürüldüyü haqqında da oxuyacağıq. İsa üç il yarım təbliğ etmişdi, bu səbəbdən də ALTINCI HİSSƏ 34 ildən bir qədər çox vaxtı əhatə edir.

 

BU BÖLMƏDƏ

HEKAYƏ 84

Mələk Məryəmin yanına gəlir

O, Allahdan xəbər gətirir: Məryəm dünyaya uşaq gətirəcək və bu uşaq əbədi padşah olacaq.

HEKAYƏ 85

İsa tövlədə doğulur

Nə üçün gələcək padşah heyvanların qidalandığı yerdə doğulmalı idi?

HEKAYƏ 86

Ulduz yol göstərir

İsanı tapmağa münəccimlərə kim kömək etdi? Bu sualın cavabı sizi təəccübləndirəcək.

HEKAYƏ 87

Balaca İsa məbəddə

O hətta məbəddə təlim verən yaşlı kişiləri də heyrətləndirdi. Bəs necə?

HEKAYƏ 88

Yəhya İsanı vəftiz edir

Yəhya günahkar insanları vəftiz edirdi, İsa isə heç vaxt günah etməmişdi. Bəs onda niyə Yəhya İsanı vəftiz edir?

HEKAYƏ 89

İsa məbədi təmizləyir

Məhəbbət onun qəzəblənməsinə səbəb oldu.

HEKAYƏ 90

Quyu başında qadınla söhbət

İsanın təklif etdiyi su qadının susuzluğunu birdəfəlik necə yatızdıra bilərdi?

HEKAYƏ 91

İsa dağda öyrədir

Onun Dağüstü təbliğində söylədiyi və öz dəyərini itirməyən hikmətli sözlərindən dərs götür.

HEKAYƏ 92

İsa ölüləri dirildir

Allahın gücü vasitəsilə İsa iki sadə söz deyərək Yairin qızını dirildir.

HEKAYƏ 93

İsa camaatı doyurur

Min nəfəri doyurmaqla İsa nəyi göstərdi?

HEKAYƏ 94

İsa uşaqları sevir

İsa həvarilərini öyrədirdi ki, onlar uşaqlar haqda nəinki çox şey öyrənməlidirlər, həmçinin onlardan nümunə götürməlidirlər.

HEKAYƏ 95

İsa hekayələrlə öyrədir

İsa Məsihin xeyirxah samariyalı haqda çəkdiyi məsəl onun ən çox istifadə etdiyi təlim üsuluna bariz nümunədir.

HEKAYƏ 96

İsa xəstələri sağaldır

İsa Məsih bu qədər möcüzə göstərməyin sayəsində nəyə nail olur?

HEKAYƏ 97

İsa Yerusəlimə padşah kimi girir

Böyük izdiham onu qarşılayır, ancaq buna sevinməyənlər də var.

HEKAYƏ 98

Zeytun dağında

İsa Məsihin dörd həvarisinə dediyi şeylər bizim günlərimizdə baş verir.

HEKAYƏ 99

Üst mərtəbədəki otaqda

Nəyə görə İsa peyğəmbər şagirdlərinə bu xüsusi yeməyi hər il yeməyi buyurur?

HEKAYƏ 100

İsa Getsamani bağında

Nəyə görə Yəhuda İsanı öpərək satır?

HEKAYƏ 101

İsanı öldürürlər

Dirəkdə ölüm ayağında olan İsa Cənnət haqda vəd verir.

Əlavə məlumat

İsa peyğəmbər haqqında yazılanlar nə vaxt qələmə alınıb?

İsa Məsihin Allahın dərgahına aparılmasından İncilin yazılmasına kimi nə qədər vaxt keçmişdi?

Allahın müjdəsində İsa peyğəmbərin rolu

Öyrənin görün Allah İsa peyğəmbərin ölümünə nə üçün izin verdi, fidyə nədir, İsa Məsih hazırda nə ilə məşğuldur?