Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 77

Onlar heykələ baş əymirlər

Onlar heykələ baş əymirlər

BU GƏNCLƏRİ unutmamısan ki? Bəli, onlar Danielin dostlarıdır. Yadındadırsa, bu gənclər bəzi yeməklərdən imtina etmişdilər. Babillilər onlara Şadrak, Meşak və Aved-Neqo adlarını vermişdilər. İndi onlara bax. Hamı bu yekə heykələ baş əyir, onlar isə yox. Nəyə görə? Gəl bunun səbəbini araşdıraq.

Yehovanın Öz əli ilə yazdığı On əmr yadındadır? Bu əmrlərdən birincisi belə səslənir: ‘Məndən başqa özgə allahlara ibadət etməməlisən’. Asan olmasa da, gənclər bu əmrə riayət edirlər.

Babilin padşahı Navuxodonosor düzəltdiyi heykələ səcdə etmək üçün bir çox nüfuzlu adam dəvət edib. O bütün xalqa deyir: ‘Zurna, lira və başqa musiqi alətlərinin səsini eşitdikdə, hamınız bir nəfər kimi bu qızıl heykələ baş əyib səcdə qılmalısınız. Kim baş əyib səcdə qılmasa, o saat qızmar sobanın içinə atılacaq’.

Navuxodonosor Şadrakın, Meşakın və Aved-Neqonun heykələ baş əymədiyini biləndə çox qəzəblənir. Onları yanına gətirtdirir və heykələ baş əymək üçün onlara daha bir imkan verir. Gənclər isə Yehovaya güvəndikləri üçün Navuxodonosora deyirlər: ‘Xidmət etdiyimiz Allah bizi odlu sobadan xilas etməyə qadirdir. Bunu etməsə də, sənin düzəltdiyin qızıl heykələ baş əyən deyilik’.

Bunu eşidən Navuxodonosor daha da qəzəblənir və əmr edir: ‘O sobanı adətən qızdırdığınızdan yeddi dəfə artıq qızdırın!’ Sonra isə ordusundakı ən güclü adamlara əmr edir ki, Şadrakın, Meşakın və Aved-Neqonun əl-qolunu bağlayıb qızmar sobaya atsınlar. Soba o qədər istidir ki, alovun dilləri bu güclü adamları öldürür. Bəs onların sobaya atdıqları üç gənclə nə olur?

Padşah sobanın içinə baxanda onu qorxu bürüyür. ‘Biz üç nəfərin əl-qolunu bağlayıb bu sobaya atmadıqmı?’

‘Doğrudur, ey padşah!’ deyə qulluqçular cavab verirlər.

Padşah deyir: ‘Onda nə üçün mən sobanın içərisində dörd nəfərin gəzdiyini görürəm? Onların əl-qolu bağlı deyil, alov da onlara toxunmur. Dördüncüsü isə bir mələyə bənzəyir’. Padşah sobanın ağzına yaxınlaşıb səsləyir: ‘Şadrak! Meşak! Aved-Neqo! Ey Uca Allahın qulları, çıxın!’

Gənclər sobadan çıxanda hamı onların salamat olduğunu görür. Padşah deyir: ‘Şadrakın, Meşakın və Aved-Neqonun Allahına şükürlər olsun! O Öz mələyini göndərdi ki, Allahdan başqa heç bir şeyin qarşısında səcdə qılmadıqları üçün bu gəncləri xilas etsin’.

Məgər bu hekayə həmişə Yehovaya sadiq qalmağımız üçün gözəl nümunə deyilmi?