Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 71

Allah Cənnət vəd edir

Allah Cənnət vəd edir

ALLAH Yeşaya peyğəmbərə Cənnəti şəkildə gördüyün kimi təsvir etmişdi. Yeşaya Yunusdan bir qədər sonra yaşamış peyğəmbərdir.

Cənnət «bağ» və ya «park» deməkdir. Bu söz sənə bu kitabdakı bir hekayədən tanış olmalıdır. Səncə, bura Yehovanın Adəmlə Həvvaya düzəltdiyi gözəl bağa oxşamırmı? Bəs bütün yer üzü nə vaxtsa Cənnət olacaqmı?

Yehova, xalqının yaşayacağı Cənnəti peyğəmbəri Yeşayaya belə təsvir etmişdi: ‘Orada qurdla quzu bir yerdə sülh içində yaşayacaq, buzov və şir balaları birlikdə otlayacaq, onları balaca uşaqlar otaracaq. Körpə belə, ilanın yuvasının yaxınlığında oynasa ona zərər dəyməyəcək’.

«Belə şey heç vaxt ola bilməz. Yer üzündə bədbəxtliklər həmişə olub və olacaq da», deyə çoxları etiraz edə bilər. Amma bir anlığa düşün: Allah Adəmlə Həvvaya necə ev vermişdi?

Yehova Allah onları Cənnətdə yerləşdirmişdi. Amma Allaha itaətsizlik etdiklərinə görə onlar gözəl evlərini itirdilər və qocalıb öldülər. Allah söz verir ki, Adəmlə Həvvanın itirdiyi hər şeyi Onu sevən insanlara qaytaracaq.

Yeni Cənnətdə ziyan gətirən və məhv edən heç bir şey olmayacaq. Orada tam sülh hökm sürəcək. İnsanların hamısı sağlam və xoşbəxt olacaqlar. Hər şey Allahın başlanğıcda istədiyi kimi olacaq. Bütün bunları sonrakı fəsillərdən daha ətraflı öyrənəcəyik.