Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 63

Müdrik padşah Süleyman

Müdrik padşah Süleyman

SÜLEYMAN padşah olanda hələ yeniyetmə idi. O, Yehovanı sevir və atası Davudun məsləhətlərinə əməl edirdi. Yehova Süleymandan çox razıdır və bir gün yuxuda ona deyir: ‘Süleyman, nə istərdin sənə verim?’

Süleyman cavab verir: ‘Allahım Yehova, mən hələ çox gəncəm, padşahlıq etməyi də bilmirəm. Xalqına düzgün rəhbərlik etmək üçün mənə müdriklik ver’.

Süleymanın istəyi Yehovanın çox xoşuna gəldiyi üçün ona deyir: ‘Məndən uzun ömür və var-dövlət deyil, müdriklik istədiyin üçün, sənə indiyədək heç kimdə olmayan müdrikliyi verəcəyəm. Üstəlik sənə istəmədiyin var-dövləti və şöhrəti də verəcəyəm’.

Qısa vaxtdan sonra Süleymanın yanına güclü mübahisəsi olan iki qadın gəlir. Onlardan biri söz alıb deyir: ‘Bu qadınla mən bir evdə yaşayırıq. Mən bir oğlan uşağı doğdum və iki gün sonra onun da bir oğlu oldu. Bir gecə onun oğlu öldü. Amma mən yatarkən o özünün ölü uşağı ilə mənim uşağımı dəyişdi. Səhər oyanıb ölü uşağa baxanda, gördüm ki, uşaq mənimki deyil’.

Bu zaman o biri qadın deyir: ‘Yox! Sağ uşaq mənimkidir, ölü isə onunku!’ Birinci qadın deyir: ‘Xeyr! Ölü uşaq səninkidir, sağ isə mənimdir!’ Bax qadınlar beləcə mübahisə edirlər. Görəsən Süleyman nə edəcək?

O, bir qılınc gətirtdirib əmr edir: ‘O sağ uşağı iki yerə bölün, yarısını bu qadına, yarısını da o biri qadına verin!’

‘Yox!’ deyə əsl ana qışqırır. ‘Amandır, uşağı öldürməyin, yaxşısı budur ona verin!’ Amma o biri qadın deyir: ‘Yox, bölün! Qoy nə onun olsun, nə də mənim!’

Nəhayət, Süleyman deyir: ‘Uşağa əl vurmayın! Onu birinci qadına verin! Uşağın əsl anası odur’. Süleyman nə üçün belə edir? Çünki o bilir: əsl ana öz balasını o qədər sevir ki, sağ qalsın deyə onu başqasına da verməyə hazırdır. Xalq Süleymanın bu məsələni necə həll etdiyindən xəbər tutanda, belə müdrik padşahının olmasına çox sevinir.

Süleymanın padşah olduğu müddətdə Yehova İsrailə xeyir-dua verir. Torpaqda çoxlu buğda, arpa, üzüm, əncir və başqa məhsullar yetişir. Camaatın yaxşı geyimi və qəşəng evləri olur. Hamı bolluq içində yaşayır.

Əlavə məlumat

Süleymanın müdrik hərəkəti

Şəkildə nə çatışmır? Nöqtələri birləşdir və şəkli rənglə.

Süleyman haqqında vərəqə

Bu vərəqəni yüklə və müdrik padşah haqqında daha çox öyrən.