Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 57

Allah Davudu seçir

Allah Davudu seçir

GÖRÜRSƏN burada nə olub? Bu oğlan indicə quzunu ayının pəncəsindən xilas edib. Ayı gəlib sürüdən bir quzu aparır. Amma oğlan ayının dalınca qaçıb quzunu onun pəncəsindən alır. Ayını isə vurub öldürür. Hələ bir dəfə o, aslanın da pəncəsindən qoyunu almışdı. Qoçaq oğlandır, elə deyil? Bəs onun kim olduğunu bilirsən?

Bu gəncin adı Davuddur. O, Bet-Lexem şəhərində yaşayır. Davud Yesseyin oğludur. Babası Oved isə Boaz və Rutun oğludur. Onlar yadındadır? Davud atasının qoyunlarına baxır. O, Şaul padşah seçiləndən 10 il sonra doğulmuşdu.

Günlərin bir günü Yehova Şamuelə deyir: ‘Xoş ətirli yağdan götürüb Bet-Lexemə, Yesseyin evinə yola düş. Onun oğullarından birini padşah seçmişəm’. Şamuel Yesseyin böyük oğlu Eliavı görəndə ürəyində fikirləşir: ‘Yəqin ki, Yehovanın seçdiyi adam budur’. Amma Yehova ona deyir: ‘Onun boy-buxununa və yaraşığına baxma. Onu padşah seçməmişəm’.

Yessey ikinci oğlu Avinadavı çağırıb Şamuelə göstərir. Ancaq Şamuel deyir: ‘Yehova bunu da seçmədi’. Sonra Yessey oğlu Şammanı çağırır. ‘Yox, Yehova bunu da seçmədi’. Yessey oğullarından yeddisini Şamuelin yanına gətirir, Yehova isə onların heç birini seçmir. ‘Oğullarının hamısı elə budur?’ deyə Şamuel soruşur.

Yessey cavab verir: ‘Yox, hələ lap kiçiyi də var, çöldə qoyun otarır’. Şamuelin yanına yaraşıqlı bir oğlan gətirirlər. Bu həmin o Davuddur. Yehova Allah deyir: ‘Seçdiyim şəxs budur. Dur, gətirdiyin yağı onun başına tök’. Şamuel Allahın dediyi kimi edir. Davud xeyli keçəndən sonra İsrailin padşahı olacaq.

Əlavə məlumat

Davud haqqında vərəqə

Yəqin Davudla Qolyatın hekayəsi haqqında hekayəni eşitmisən. Lakin Davud haqqında sən daha çox öyrənə bilərsən.