Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

Hissə 4

İsrailin birinci padşahından Babil əsarətinədək

İsrailin birinci padşahından Babil əsarətinədək

Şaul İsrailin birinci padşahı olur. Amma Yehova onu rədd edib, əvəzinə Davudu padşah seçir. Davud haqqında hələ çox şey öyrənəcəyik. O gənc olarkən nəhəng döyüşçü Qolyatı məğlub edir. Bir qədər sonra canını qurtarmaq üçün paxıl padşah Şauldan qaçır. Sonra gözəl Aviqail onu qan tökməkdən çəkindirir.

Biz həmçinin İsrailin üçüncü padşahı, Davudun oğlu Süleyman haqqında da öyrənəcəyik. Bu üç padşahın hər biri İsraildə 40 il hökmranlıq etmişdir. Süleymanın ölümündən sonra İsrail iki padşahlığa — şimal və cənub padşahlığına bölünür.

Onqəbiləli şimal padşahlığı aşşurlular tərəfindən məhv edilənədək 257 il hökm sürmüşdür. Bundan 133 il sonra, ikiqəbiləli cənub padşahlığı da süquta uğrayır. Bu dəfə İsrail xalqı Babilə əsir aparılır. Beləliklə, DÖRDÜNCÜ HİSSƏ tarixin 510 ilini əhatə edərək gözümüzün önündə bir çox həyəcanlı hadisələri canlandırır.

 

BU BÖLMƏDƏ

HEKAYƏ 56

Şaul İsrailin birinci padşahı olur

Allah tərəfindən əvvəlcə seçilən, sonradan isə rədd edilən Şaulun hadisəsindən vacib dərs götürə bilərik.

HEKAYƏ 57

Allah Davudu seçir

Allah Davudda Şamuel peyğəmbərin görmədiyi nəyi görürdü?

HEKAYƏ 58

Davud və Qolyat

Davud Qolyatla yalnız sapandı ilə yox, daha güclü silahla vuruşmuşdu.

HEKAYƏ 59

Davud qaçmağa məcbur olur

Şaul əvvəlcə Davudu çox bəyənirdi, sonradan isə ona qarşı çox pis paxıllığı yarandı. Niyə?

HEKAYƏ 60

Aviqail və Davud

Aviqail ərini axmaq adlandırmaqla müvəqqəti də olsa onun həyatını xilas edir.

HEKAYƏ 61

Davud padşah olur

Davud etdiyi işlərlə sübut etdi ki, o, İsrailin padşahı olmağa layiqdir.

HEKAYƏ 62

Davudun ailəsində bədbəxtlik baş verir

Davudun bir səhvi özünə və ailəsinə uzun illər bədbəxtlik gətirdi.

HEKAYƏ 63

Müdrik padşah Süleyman

Süleyman körpəni həqiqətənmi yarıya böləcəkdi?

HEKAYƏ 64

Süleyman məbəd tikir

Müdrik olmasına baxmayaraq, Süleyman axmaq və səhv yola qədəm qoydu.

HEKAYƏ 65

Padşahlıq bölünür

Yarovam padşah olanda insanları Allahın qanunu pozmağa təhrik etdi.

HEKAYƏ 66

Padşah arvadı zalım İzevel

O, istədiyini əldə etmək üçün hər şeyə hazır idi.

HEKAYƏ 67

Yehoşafat Yehovaya güvənir

Ordu nəyə görə döyüşə silahsız nəğmə oxuyanların yolu ilə getmişdi?

HEKAYƏ 68

Dirilmiş iki oğlan

Ölən insanın həyata geri dönməsi mümkündür? Keçmişdə belə hadisə olub!

HEKAYƏ 69

Balaca qız ağasına kömək edir

O, cəsarət tapıb danışdı və bunun nəticəsi möcüzəvi oldu.

HEKAYƏ 70

Yunus və böyük balıq

Yunus Allahın dediklərini yerinə yetirməklə bağlı vacib dərs öyrəndi.

HEKAYƏ 71

Allah Cənnət vəd edir

İlk cənnət balaca idi, bu isə bütün yer üzünü əhatə edəcək.

HEKAYƏ 72

Allah Xizqiya padşaha kömək edir

Mələk bir gecədə 185 000 Aşşur əsgərini öldürmüşdü.

HEKAYƏ 73

İsrailin sonuncu yaxşı padşahı

Yoşiya gənc yaşlarında mərd addım atdı.

HEKAYƏ 74

Mərd adam

Yeremya peyğəmbər olanda gənc olsa da, Allah bilirdi ki, o, bu işin öhdəsindən gələcək.

HEKAYƏ 75

Dörd gənc Babildə

Onlar ailələrindən ayrı düşsələr də, mətin qalırlar.

HEKAYƏ 76

Yerusəlim viran edilir

Nəyə görə Allah israillilərin düşməni olan babillilərə Yerusəlimi məhv etmələrinə icazə verdi?