Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 46

Yerixo şəhərinin divarları

Yerixo şəhərinin divarları

YERİXONUN divarları nəyə görə uçur? Elə bil oraya bomba düşüb. Amma o vaxtlar nəinki bomba, heç tüfəng də yox idi. Gəl görək bu möcüzə necə baş verib.

Qulaq as gör Yehova Yeşuaya nə deyir: ‘Sən və döyüşçülərin şəhərin ətrafına dolanmalısız. Bunu altı gün ərzində, gündə bir dəfə edin. Əhd sandığını da özünüzlə daşıyın. Yeddi kahin sandığın qarşısında getməli və şeypurlarını çalmalıdır’.

‘Yeddinci gün isə şəhərin ətrafına yeddi dəfə dolanın. Sonra şeypurlarınızı dayanmadan çalın və qoy hər kəs gur səslə qışqırsın. Onda divarlar uçacaq!’

Yeşua ilə xalq Yehovanın dediyi kimi edir. Şəhərin ətrafını dolandıqları müddətdə hamı susur, heç kəs səsini belə çıxarmır. Eşidilən yalnız şeypur və ayaq səsləridir. Yəqin ki, İsrailin Yerixodakı düşmənləri bərk qorxurlar. Pəncərədən asılmış qırmızı ipi görürsən? Bilirsən bu kimin pəncərəsidir? Bəli, Raxavın. O, hər şeyi kəşfiyyatçıların dediyi kimi edib. İndi də ailəsi ilə birlikdə baş verənlərə evindən baxır.

Nəhayət, yeddinci gün şəhərin ətrafına yeddi dəfə dolandıqdan sonra şeypurlar çalınır, döyüşçülər qışqırır, divarlar da uçur. Yeşua deyir: ‘Şəhərdəkilərin hamısını öldürün, şəhəri isə yandırın. Heç nəyə heyfiniz gəlməsin, hər şeyi yandırın. Yalnız qızıl, gümüş, tunc və dəmir əşyaları saxlayın və Yehovanın çadırının xəzinəsinə verin’.

Yeşua həmin iki kəşfiyyatçıya deyir: ‘Raxavın evinə gedin, onu və ailəsini buraya gətirin’. Kəşfiyyatçıların söz verdiyi kimi, Raxav ailəsilə birlikdə xilas olur.

Əlavə məlumat

MÜQƏDDƏS KİTAB HEKAYƏLƏRİ ŞƏKİLLƏRLƏ

Rahab deyilənlərə əməl edir

Ərihanın divarları yıxılanda bir ailə xilas oldu.