Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 41

Tunc ilan

Tunc ilan

DİRƏKDƏKİ ilan əsl ilana oxşayır, elə deyilmi? Amma o, əsl ilan deyil. O, tuncdan düzəldilib. Yehova Musaya tapşırıb ki, bu ilanı dirəyə dolasın və adamlar ona baxıb sağ qalsınlar. Yerdə sürünənlər isə əsl ilanlardır. Onlar camaatı sancırlar. Bilirsən nəyə görə?

Bu hadisə israillilərin Allaha və Musaya qarşı yenidən deyinmələri ucbatından baş verib. Onlar gileylənirlər: ‘Nəyə görə bizi Misirdən çıxarıb bu səhraya gətirdiniz? Ölmək üçünmü? Burada nə yemək, nə də su var. Bu mannanı da yeməkdən lap bezmişik’.

Əslində manna çox dadlı yeməkdir. Yehova onu xalqa möcüzə ilə verir. Onlara suyu da möcüzə ilə verir. Ancaq xalq Allahın qayğısına görə minnətdar deyil. Bu səbəbdən, Yehova onları cəzalandırmaq üçün zəhərli ilanlar göndərir. İlanlar onları sancır və xeyli adam ölür.

Nəhayət, xalq Musaya yaxınlaşıb deyir: ‘Biz günah etmişik, Yehovaya və sənə qarşı deyinmişik. Nə olar, dua et ki, Yehova bizi bu ilanların əlindən qurtarsın’.

Musa xalq üçün Allaha yalvarır. İlan sancmış adamların sağ qalması üçün Yehova Musaya bir tunc ilan düzəldib, dirəyə dolamağı əmr edir. Musa Allahın dediyi kimi edir. Sancılmış adamlar tunc ilana baxan kimi sağalırlar.

Buradan özümüz üçün yaxşı ibrət dərsi götürə bilərik. Hər birimiz bir növ sancılmış israillilərin vəziyyətindəyik. Bilirsən nə üçün? Çünki ilk kişi ilə qadın — Adəmlə Həvva Yehovadan üz döndərdilər. Biz də onların övladları olduğumuz üçün xəstələnir, qocalır və əvvəl-axır ölürük. Lakin bizim əbədi yaşamağımız üçün Yehova Allah bir tədbir görüb.

Yehova, Oğlu İsa Məsihi yer üzünə göndərdi. Çoxları İsanı pis adam hesab edib onu dirəyə mıxladılar. Amma Yehova İsanı bizim xilasımız üçün göndərmişdi. Əgər biz ondan nümunə götürüb onun ardınca getsək, əbədi həyata nail olacağıq. Bu haqda sonrakı fəsillərdən daha ətraflı öyrənəcəyik.