Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 40

Musa əsanı qayaya vurur

Musa əsanı qayaya vurur

İLLƏR ötür. 10 il, 20 il, 30 il, 39 il keçir. İsraillilər hələ də səhrada dolaşırlar. Bütün bu illər ərzində Yehova xalqının qeydinə qalıb. Onları manna ilə qidalandırıb. Onlara gündüzlər buludla, gecələr isə alovla yol göstərib. Bu illər ərzində onların nə paltarları yırtıldı, nə də ayaqları şişdi.

Misiri tərk etdikləri gündən düz 39 il keçib. İndi 40-cı ilin birinci ayıdır. İsraillilər yenidən Qadeşdə düşərgə salırlar. Təxminən 40 il əvvəl 12 kəşfiyyatçı Kənan torpağına elə buradan yola düşmüşdü. Musanın bacısı Məryəm də burada ölür. Qadeşdə israillilər yenidən başlarına bəla açırlar.

Xalq içməyə su tapmır. Onlar Musaya şikayətlənirlər: ‘Ölsəydik bundan yaxşı olardı. Nəyə görə bizi Misirdən çıxarıb heç bir şey bitməyən bu dəhşətli yerə gətirdin? Burada nə buğda, nə əncir, nə üzüm, nə də nar var. Heç içməyə su da yoxdur!’

Musa ilə Harun dua etmək üçün çadıra gedirlər. Orada Yehova Musaya deyir: ‘Xalqı bir yerə yığıb gözləri qarşısında əsanı qaldır və qayaya söylə. O zaman qayadan bütün insanlar və heyvanlar üçün bol su çıxacaq’.

Beləliklə, Musa bütün xalqı bir yerə toplayıb deyir: ‘Ey Allaha etibar etməyənlər, bir qulaq asın! Bu qayadan sizə suyu Harunla mən çıxarmalıyam?’ Sonra Musa əsasını qayaya iki dəfə vurur və qayadan çoxlu su çıxır. Həm camaat, həm də heyvanları sudan doyunca içirlər.

Lakin Yehovanın Musa ilə Haruna qəzəbi tutur. Bilirsən nəyə görə? Çünki Musa və Harun deyirlər ki, guya suyu qayadan onlar çıxarırlar. Əslində isə bunu edən Yehova Allahdır. Musa ilə Harun həqiqəti demədikləri üçün, Yehova onları cəzalandıracağını söyləyir: ‘Xalqımı Kənana siz aparmayacaqsınız’.

Tezliklə israillilər Qadeşi tərk edib, Hor dağına gəlirlər. Harun bu dağın başında ölür. Öləndə onun 123 yaşı var idi. İsraillilər çox kədərlənirlər və Harun üçün 30 gün yas tuturlar. Onun ölümündən sonra oğlu Eleazar İsrail xalqının baş kahini olur.

Əlavə məlumat

Musa peyğəmbər haqqında vərəqə

Bilirsən, Müqəddəs Yazılarda ilk dəfə möcüzə haqqında hansı yerdə xatırlanır? Bu vərəqəni yüklə və cavabını öyrən.