Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 34

Allah xalqına göydən yemək verir

Allah xalqına göydən yemək verir

DEYƏ bilərsən, şəkildə gördüyün adamlar yerdən nə yığır? Onların yığdığı ağ lopalar qara bənzəyir. Amma bu qar deyil, yeməli bir şeydir.

Artıq bir aydır ki, israillilər Misiri tərk ediblər. İndi onlar səhradadırlar. Səhrada heç nə bitmədiyi üçün xalq deyinir: ‘Kaş Yehova bizi Misirdə öldürəydi. Heç olmasa orada ürəyimiz istəyəni yeyirdik’.

Yehova buna cavab olaraq: ‘Mən sizə göydən yemək yağdıracağam’ deyir və elə də edir. Növbəti gün camaat yerdə ağ lopalar görəndə bir-birindən soruşur: ‘Bu nədir?’

Musa deyir: ‘Bu, Yehova Allahın sizə verdiyi yeməkdir’. Xalq bunu MANNA adlandırır. Manna ballı kökənin dadını verirdi.

Musa xalqa deyir: ‘Hər kəs yeyəcəyi qədər yığsın’. Onlar hər səhər belə də edirlər, çünki günəş yeri qızdıranda manna əriyirdi.

Musa həmçinin deyir: ‘Bu yeməkdən səhərə qədər heç kimin evində qalmasın’. Amma bəziləri ona qulaq asmadığından, bilirsən nə baş verirdi? Növbəti günə qalan mannaya qurd düşür və o iylənirdi.

Yehova xalqa deyir ki, həftənin altıncı günü ikiqat artıq manna yığsınlar, çünki yeddinci gün göydən manna yağdırmayacaq. Yeddinci günə qalan mannaya nə qurd düşürdü, nə də iylənirdi. Bu da bir möcüzə idi.

İsrail xalqı səhrada olduğu illər ərzində Yehova onlara manna verirdi.