Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 53

İftahın vədi

İftahın vədi

HEÇ elə olubmu ki, söz verib sonradan ona əməl etməyə çətinlik çəkəsən? Şəkildə gördüyün adam belə vəziyyətə düşdüyü üçün bu qədər kədərlidir. O, İsrailin igid hakimi İftahdır.

İftah İsrail xalqının Yehovadan üz döndərdiyi dövrdə yaşayır. Xalq yenidən pis işlər görməyə başlayıb. Yehova da yol verir ki, Ammon xalqı onları incitsin. İsraillilər Yehovaya yalvarırlar: ‘Sənə qarşı günah etdik. Amandır, bizi qurtar!’

İsraillilər pis əməllərinə görə çox peşman olub, yenidən Yehovaya ibadət edirlər. Yehova da onlara kömək edir.

Xalq, zalım ammonlulara qarşı döyüşmək üçün İftahı seçir. İftah çox istəyir ki, Yehova ona bu döyüşdə kömək etsin. Buna görə də Allaha vəd edir: ‘Ammonlular üzərində qələbəni mənə versən, söz verirəm, döyüşdən qayıdanda evimdən qarşıma birinci kim çıxsa, onu Sənə verəcəyəm’.

Yehova İftahın vədini eşidir və qələbə çalmaqda ona kömək edir. İftah evə qayıdanda heç bilirsən onu qarşılamağa birinci kim çıxır? Gözünün ağı-qarası, yeganə övladı! İftah deyir: ‘Vay, qızım! Sən nə etdin?! Belimi əydin! Amma Yehovaya söz vermişəm, artıq sözümdən dönə bilmərəm’.

İftahın qızı atasının vədini bildikdə əvvəlcə bir qədər kədərlənir, çünki atasından və dostlarından ayrılmalı olacaq. O, ömrü boyu Şilo şəhərində Yehovanın ibadət çadırında xidmət edəcək. Qız atasına deyir: ‘Yehova Allaha söz vermisənsə, mütləq ona əməl etməlisən’.

Beləliklə İftahın qızı Şiloya gedir və ömrünün qalan hissəsini Yehovanın ibadət çadırında xidmət edir. İsrail qızları hər ilin dörd gününü ona baş çəkir və onunla şən vaxt keçirirlər. İftahın qızı Yehovaya ürəkdən xidmət etdiyi üçün xalq onu çox sevir.