Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 54

Ən güclü adam

Ən güclü adam

BİLİRSƏN yer üzündə ən güclü adam kim olub? İsrailin hakimi Şimşon. Ona gücü Yehova Allah verirdi. Şimşon hələ doğulmamış Yehova onun anasına demişdi: ‘Bir oğlun olacaq. O, İsraili filiştlilərdən azad edəcək’.

Filiştlilər Kənanda yaşayan pis xalqdır. Onların çoxlu əsgəri var və israilliləri yaman incidirlər. Bir dəfə Şimşon filiştlilərin yaşadığı yerə gedəndə, iri bir aslan nərə çəkərək qarşısına çıxır. Şimşon əllərilə aslanı öldürür. O həmçinin yüzlərlə pis filiştlini də öldürür.

Bir qədər sonra Şimşon Delila adlı bir qadına aşiq olur. Filiştlilərin başçıları Delilaya söz verir ki, Şimşonun belə güclü olmasının səbəbini öyrənərsə, hər biri ona min yüz gümüş pul verəcək. Delilanın bu pullara tamahı düşür. O, Şimşonun və Allahın xalqının həqiqi dostu deyil. Buna görə də Şimşonu hər gün dilə tutur ki, belə güclü olmasının sirrini ona açsın.

Nəhayət, Delila Şimşonun gücünün sirrini öyrənir. Şimşon ona deyir: ‘Saçıma heç vaxt ülgüc dəyməyib. Doğulduğum gündən Allah məni Özünə xüsusi xidmətçi — Nəziri seçib. Əgər başım qırxılsa bütün qüvvəmi itirərəm’.

Delila bunu biləndə Şimşonu dizlərinin üstündə yuxuya verir. Sonra bir adam çağırıb Şimşonun saçını qırxdırır. Şimşon oyananda artıq gücünün itdiyini hiss edir. Filiştlilər tez gəlib onu tutur, gözlərini kor edir və özlərinə qul edirlər.

Bir gün filiştlilər allahları Daqonun şərəfinə böyük ziyafət düzəldirlər. Şimşonu da qonaqları əyləndirmək üçün zindandan çıxarırlar. Zindanda olduğu müddətdə Şimşonun saçı artıq uzanmışdı. O, əlindən tutan oğlana deyir: ‘Qoy binanı saxlayan dirəklərə toxunum’. Sonra Yehovaya dua edib Ondan güc istəyir və ucadan qışqırır: ‘Qoy mən də filiştlilərlə bir ölüm!’ Şimşon var gücü ilə dirəkləri itələyir. Ziyafətdə 3 000 filiştli var idi. Bina uçur, pis adamların hamısı da onun altında qalıb ölür.

Hakimlər 13-16-cı fəsillər.