Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 37

İbadət çadırı

İbadət çadırı

BİLİRSƏN şəkildəki nədir? Bu, Yehovaya ibadət etmək üçün xüsusi çadırdır. O, həmçinin müqəddəs məskən adlanır. Onu Misirdən çıxandan bir il sonra düzəldirlər. Bilirsən onu kim düzəltdirib?

Əlbəttə, Yehova Allah! Musa Sina dağında olarkən Yehova ona bu çadırı necə düzəltməyi başa salmışdı. Musa çadırı elə düzəltməli idi ki, onu söküb yığmaq asan olsun. Bu halda çadırın hissələrini bir yerdən başqa yerə aparıb, orada qurmaq olardı. Buna görə də israillilər səhrada dolaşarkən getdikləri hər yerə onu özləri ilə aparırdılar.

Əgər çadırın axırındakı balaca otağa baxsan, orada bir sandıq görərsən. Bu əhd sandığıdır. Onun üstündə hər iki tərəfdən qızıldan düzəldilmiş mələk və ya keruv var. Musa iki daş lövhəni sındırdığı üçün Allah 10 əmri yeni daş lövhələrə yazıb ona vermişdi. Bu lövhələr və bir qab manna əhd sandığında saxlanılırdı. Yadında qalıb, manna nədir?

Yehova Musanın qardaşı Harunu baş kahin təyin etmişdir. Harun Yehovaya ibadət etmək üçün xalqa yol göstərməli idi. Onun oğulları da kahin idilər.

İndi çadırın böyük otağına baxaq. O, balaca otaqdan iki dəfə böyükdür. Orada üstündən tüstü qalxan qutunu görürsən? Bu, qurbangahdır. Kahinlər onun üstündə xoş ətirli buxur yandırırdılar. Orada yeddi çıraqlı çıraqdan da görə bilərsən. Otaqdakı üçüncü əşya isə masadır. Onun üstünə 12 çörək qoyulub.

Çadırın həyətində böyük bir su ləyəni vardı. Kahinlər orada əl-ayaqlarını yuyurdular. Həyətdə böyük qurbangah da vardı. Kəsilən heyvanları orada Yehovaya yandırma qurbanı kimi təqdim edirdilər. Çadır düz düşərgənin ortasında idi, israillilər isə onun ətrafında öz çadırlarında yaşayırdılar.