Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 22

Yusifi zindana salırlar

Yusifi zindana salırlar

MİSİRƏ gətiriləndə Yusifin cəmi 17 yaşı vardı. Onu Potifar adlı bir kişiyə satırlar. Potifar Misirin padşahına xidmət edirdi. Misirdə padşahlara firon deyirdilər.

Yusif ağası Potifarın evində canla-başla qulluq edirdi. O böyüyəndə Potifar onu bütün evinə nəzarətçi təyin edir. Bəs nəyə görə indi o, zindandadır? Bunun səbəbkarı Potifarın arvadıdır.

Yusif böyüdükcə yaraşıqlı bir oğlan olur. Potifarın arvadının ona gözü düşür və onunla yatmaq istəyir. Amma Yusif bilir ki, bu günahdır, ona görə də bu pis işə razı olmur. Potifarın arvadı çox qəzəblənir və əri evə gələndə ona yalan danışıb deyir: ‘Bu tərbiyəsiz Yusif mənimlə yatmaq istəyirdi! Potifar arvadının sözlərinə inanır. Yusifə bərk qəzəbi tutur və onu zindana saldırır.

Bir müddətdən sonra zindanın baş nəzarətçisi Yusifin yaxşı adam olduğunu görür və məhbusların üstündə nəzarəti ona tapşırır. Günlərin bir günü fironun öz saqisinə, yəni şərab süzəninə və çörəkçisinə acığı tutur. Fironun əmri ilə onları zindana salırlar. Bir gecə onların hər ikisi qəribə yuxu görür, ancaq heç biri onun mənasını anlamır. Növbəti gün Yusif deyir: ‘Yuxunuzu mənə danışın’. Onlar danışanda, Yusif Allahın köməyi ilə bu yuxuların mənasını onlara izah edir.

Yusif saqiyə deyir: ‘Üç gündən sonra zindandan azad ediləcəksən və yenidən fironun saqisi olacaqsan’. Sonra xahiş edir: ‘Buradan çıxanda mənim haqqımda firona danış və kömək et ki, mən də bu zindandan çıxım’. Çörəkçiyə isə belə deyir: ‘Üç gündən sonra firon sənin boynunu vurduracaq’.

Üç gündən sonra hər şey Yusifin dediyi kimi olur. Firon çörəkçinin boynunu vurdurur. Saqi isə zindandan buraxılır və yenidən padşaha xidmət edir. Amma saqi Yusifi tamam unudur və firona onun haqqında heç nə danışmır. Yusif zindanda qalır.

Əlavə məlumat

Topla və öyrən: Potifar

Bu vərəqəni yüklə və Yusifin Misirdəki ağası Potifar haqda öyrən.