Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 21

Qardaşları Yusifi sevmirlər

Qardaşları Yusifi sevmirlər

ŞƏKİLDƏKİ oğlanın necə qəmgin və ümidsiz olduğunu görürsən? Bu Yusifdir. İndicə qardaşları onu Misirə gedən adamlara satdılar. Yusifi orada qul edəcəklər. Nəyə görə qardaşları Yusiflə belə pis davrandılar? Paxıllıqdan.

Ataları Yaqub Yusifi çox, lap çox sevdiyi üçün ona gözəl uzun paltar tikdirmişdi. Yusifin 10 qardaşı isə atalarının onu bu qədər çox sevdiyini görəndə paxıllıq edib, ona daha da pis gözlə baxırdılar. Yusifi sevməməklərinin bir səbəbi də var idi.

Yusif iki yuxu görmüşdü. Hər iki yuxuda qardaşları ona baş əyirdilər. Yusif onlara yuxularını danışanda, qardaşlarının nifrəti daha da artır.

Bir dəfə Yusifin böyük qardaşları çöldə atalarının qoyun sürüsünü otarırdılar. Yaqub oğlu Yusifə deyir ki, gedib onlara baş çəksin. Yusifin gəldiyini görəndə qardaşlardan bir neçəsi deyir: ‘Gəlin onu öldürək!’ Ancaq böyük qardaşları Ruven deyir: ‘Amandır, bunu etməyin!’ Qardaşlar isə onun sözünə qulaq asmırlar. Yusifi tutub bir boş quyuya atırlar. Sonra oturub Yusiflə nə edəcəklərini götür-qoy edirlər.

Bu vaxt oradan ismailli tacirlər keçirdi. Yəhuda qardaşlarına deyir: ‘Gəlin onu ismaillilərə sataq’. Onlar belə də edirlər. Yusifi 20 gümüşə satırlar. Bu necə də alçaq və pis hərəkətdir!

Bəs indi ataları Yaquba nə deyəcəklər? Onlar bir keçi kəsir və Yusifin qəşəng paltarını bir neçə dəfə keçinin qanına batırırlar. Sonra da paltarı atalarına aparıb deyirlər: ‘Bax nə tapmışıq! Gör oğlun Yusifin paltarıdır ya yox?’

Yaqub oğlunun paltarını görən kimi tanıyır. ‘Deyəsən, oğlumu vəhşi heyvan parçalayıb’ deyə ağlayır. Elə Yusifin qardaşları da atalarının bu cür fikirləşməsini istəyirdilər. Yaqub bərk kədərlənir. O bir neçə gün hönkür-hönkür ağlayır. Amma Yusif ölməyib. Gəl görək onun başına nələr gəlir.

Əlavə məlumat

Yusif köləliyə satılır

Bu şəkli yüklə, rənglə və Müqəddəs Kitaba uyğun gəlməyən iki səhvi tap.

Yusif Misir diyarında

Heç kəs səni görməyəndə belə Allahın ürəyini necə sevindirə bilərsən? Bu Müqəddəs Kitab hekayəsini oxu və Yusifin nümunəsindən özünə ibrət dərsi götür.