Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 17

Bir-birinə bənzəməyən əkizlər

Bir-birinə bənzəməyən əkizlər

ŞƏKİLDƏKİ iki oğlan bir-birindən çox fərqlənir, elə deyilmi? Bilirsən onların adı nədir? Ox atan oğlan Esav, qoyunlara baxan isə Yaqubdur.

Esav və Yaqub İshaqla Rivqanın əkiz oğulları idi. Ataları İshaq Esavı çox sevirdi, çünki o yaxşı ovçu idi və evə yemək gətirirdi. Rivqa isə Yaqubu daha çox sevirdi, çünki o, sakit və sözəbaxan uşaq idi.

Babaları İbrahim hələ sağ idi. İbrahim Yehova haqqında nəvələrinə danışırdı. Bu, Yaqubun çox xoşuna gəlirdi. İbrahim 175 yaşında ölür. Onda əkizlərin 15 yaşı var idi.

Esavın 40 yaşı olanda o, iki kənanlı qızla evlənir. Bu, İshaqla Rivqanı çox kədərləndirir, çünki həmin qızlar Yehovaya ibadət etmirdilər.

Bir gün, Esav qardaşı Yaquba bərk qəzəblənir. Bilirsən, bu necə olmuşdu? İshaqın böyük oğluna xeyir-dua verməsinin vaxtı gəlib çatmışdı. Esav Yaqubdan böyük olduğu üçün əmin idi ki, xeyir-duanı o alacaq. Amma bir az əvvəl o özü bu üstünlüyü Yaquba vermişdi. Həmçinin oğlanlar doğulanda Allah demişdi ki, xeyir-duanı Yaqub alacaq. Belə də olur. İshaq xeyir-duanı oğlu Yaquba verir.

Esav bunu biləndə Yaquba acığı tutur. O elə qəzəblənir ki, hətta Yaqubu öldürəcəyini söyləyir. Rivqa bunu eşidəndə çox narahat olur. Buna görə də əri İshaqa belə deyir: ‘Yaqub da bu kənanlı qızlardan birini alsa, ürəyim partlayar’.

İshaq oğlu Yaqubu çağırıb ona belə deyir: ‘Kən’anlıların qızlarından özünə arvad alma. Yaxşısı budur, Xarana, baban Betuelin evinə get. Dayın Lavanın qızlarından birini al’.

Yaqub atasının sözünə qulaq asıb, qohumlarının yaşadığı uzaq Xarana yola düşür.

Əlavə məlumat

Yaqub, Esav və şorba

Yaqub və Esav haqda öyrən! Bu tapşırığı yükləyib çap et və onu rənglə.