Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 30

Yanan kol

Yanan kol

MUSA qoyunlarını otara-otara gəlib Xorev dağına çıxır. Orada yanan bir kol görür. Koldan alov çıxsa da kol özü yanmırdı.

«Qəribədir, gedim bu mənzərəyə yaxından baxım», deyə Musa düşünür. Yaxınlaşanda koldan bir səs gəlir: ‘Yaxın gəlmə! Çarıqlarını çıxart, çünki durduğun torpaq müqəddəsdir’. Bu sözləri Musaya mələk vasitəsilə deyən Allahdır, buna görə də Musa üzünü örtür.

Sonra Allah deyir: ‘Misirdəki xalqımın əziyyətini gördüm. Onları azad etmək istəyirəm. Misirdən onları məhz sən çıxaracaqsan’. Yehova xalqını gözəl Kənan torpağına gətirmək niyyətində idi.

Ancaq Musa deyir: ‘Mən kiməm ki?! Bunu necə edə bilərəm? Tutaq ki, mən getdim. İsraillilər mənə deyəcəklər: Səni kim göndərib? Onda onlara nə deyim?’

Allah cavab verir: ‘Onlara belə deyərsən: İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı YEHOVA məni sizin yanınıza göndərdi’. Daha sonra Yehova əlavə edir: ‘Bu mənim əbədi adımdır’.

Musa deyir: ‘Tutaq ki, onlara dedim: ‘Məni Yehova Allah göndərib’, bəs onlar inanmasalar, onda necə?’

Allah soruşur: ‘Əlindəki nədir?’

Musa cavab verir: ‘Əsa’.

Onda Allah deyir: ‘Onu yerə at’. Musa əsanı yerə atan kimi əsa ilana çevrilir. Sonra Yehova Musaya daha bir möcüzə göstərir. O deyir: ‘Əlini sinənə qoy’. Musa elə də edir. Qolunu sinəsindən qaldıranda görür ki, əlini ağ yaralar basıb. Bu, cüzam xəstəliyidir. Daha sonra Yehova Musaya üçüncü möcüzəni göstərmək üçün də güc verir. Nəhayət, O deyir: ‘Bu möcüzələri göstərəndə israillilər biləcəklər ki, səni Mən göndərmişəm’.

Bundan sonra Musa evə qayıdıb Yetroya deyir: ‘Xahiş edirəm, Misirə qohumlarımın yanına getməyə mənə icazə ver’. Musa Yetro ilə sağollaşıb Misirə yola düşür.