Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 27

Misirdə pis padşah hökmranlıq edir

Misirdə pis padşah hökmranlıq edir

ŞƏKİLDƏ gördüyün kimi, əllərində qamçı olan kişilər xalqı zorla işlədirlər. Bax, kişilərdən biri qulu döyür. Bu qullar Yaqubun nəsli olan israillilərdir. Onların üstündə ağalıq edənlər isə misirlilərdir. Misirlilər israilliləri özlərinə qul ediblər. Bu necə oldu?

Uzun illər ərzində Yaqubun böyük ailəsi Misirdə sülh içində yaşayırdı. Firondan sonra Misirdə ən hörmətli adam sayılan Yusif onların qayğısına qalırdı. İndi Yusif ölmüşdü. Misiri israillilərdən xoşu gəlməyən yeni firon idarə edirdi.

Bu pis firon israilliləri qul etdi. Onların üzərinə amansız və qəddar nəzarətçilər qoydu. Bu nəzarətçilər israilliləri firon üçün şəhər tikməyə məcbur edirdilər. İsraillilərin işi həddindən artıq ağır idi. Bununla belə, onlar çoxalıb artırdılar. Bunu görən misirlilər qorxuya düşdülər, israillilərin çoxalıb onlardan güclü olacağından ehtiyat etməyə başladılar.

Bilirsənmi firon buna görə nə etdi? O, doğuş zamanı israilli analara kömək edən qadınları çağırıb onlara əmr etdi: ‘Siz doğulan hər bir oğlan uşağını öldürməlisiniz’. Amma onlar yaxşı adam olduqlarından uşaqları öldürmürdülər.

Bunu görən firon bütün xalqına əmr edir: ‘İsraillilərin oğlan uşaqlarını öldürün! Qız uşaqlarına isə dəyməyin’. Səncə, bu qəddar əmr deyilmi? Gəl görək oğlan uşaqlarından biri necə sağ qalır.