Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 11

İlk göy qurşağı

İlk göy qurşağı

BİLİRSƏN Nuh ailəsi ilə gəmidən çıxan kimi ilk növbədə nə etdi? O, Allaha qurban, yəni hədiyyə gətirdi. Bununla, Nuh Allaha minnətdar olduğunu göstərdi. Axı Allah onun ailəsini böyük daşqından xilas edib. Bunları aşağıdakı şəkildə görə bilərsən.

Necə fikirləşirsən, Yehova bu qurbandan razı qaldımı? Bəli qaldı, hətta Nuha dünyanı bir daha su ilə məhv etməyəcəyini də söz verdi.

Bir azdan sular tamamilə çəkilir və Nuh ailəsi ilə yeni həyata başlayır. Allah onlara xeyir-dua verib deyir: ‘Törəyib çoxalın və yer üzünü doldurun’.

Amma sonralar, insanlar böyük daşqın haqda eşidəndə onun yenidən baş verəcəyindən qorxa bilərdilər. Buna görə də daşqının bir daha olmayacağına əmin olsunlar deyə, Allah onlara bir əlamət verir. Bilirsən, bu əlamət nə idi? Bu, göy qurşağı idi.

Göy qurşağını indi də yağışdan sonra günəş çıxanda görmək olar. Onun cürbəcür, qəşəng rəngləri var. Heç göy qurşağı görmüsən? Onu şəkildə də görə bilərsən.

Allah deyir: ‘Söz verirəm ki, bir daha insanları və heyvanları daşqınla məhv etməyəcəm. Budur, buludda Öz göy qurşağımı qoyuram. O, göydə çıxan zaman, onu görəcəyəm və vədim yadıma düşəcək’.

Deməli, göy qurşağını görəndə yadına nə düşməlidir? Bəli, Allah söz verib ki, dünyanı bir daha böyük daşqınla məhv etməyəcək.