Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 14

Allah İbrahimin imanını sınayır

Allah İbrahimin imanını sınayır

İBRAHİMİN nə etdiyini görürsənmi? Onun əlində bıçaq var və deyəsən, oğlunu kəsməyə hazırlaşır. Axı İbrahim nəyə görə bunu etmək istəyir? Əvvəla, gəl görək İbrahimlə Saranın oğulları necə oldu.

Yadındadır, Allah söz vermişdi ki, onların bir oğlu olacaq. İlk baxışdan bu qeyri-mümkün görünürdü, çünki İbrahimlə Sara çox qoca idilər. Buna baxmayaraq, İbrahim Allahın hər şeyə qadir olduğuna inanırdı. Gəl görək nə baş verir.

Allahın vəd etdiyi vaxtdan bir il keçir. Artıq İbrahimin 100, Saranın isə 90 yaşı var. Onların İshaq adlı bir oğulları doğulur. Allah həqiqətən də, verdiyi vədi yerinə yetirir!

İshaq boya-başa çatanda, Yehova İbrahimi səsləyib deyir: ‘Yeganə oğlun İshaqı götür və göstərəcəyim dağa get. Orada oğlunu mənə qurban gətir’. Əslində Allah istəmirdi ki, İbrahim İshaqı öldürsün. O, İbrahimin imanını sınayırdı.

Bu sözlər İbrahimi necə də kədərləndirir, axı o, oğlunu çox sevirdi. Yadındadırsa, Allah söz vermişdi ki, İbrahimin uşaqları Kənan torpağında yaşayacaqlar. Bəs əgər İshaq ölərsə, bu necə ola bilər? İbrahim bunu başa düşməsə də, Allahın dediklərinə əməl edir.

İbrahim dağa qalxır, İshaqın əl-qolunu bağlayır və onu düzəltdiyi qurbangahın üzərinə qoyur. Sonra oğlunu kəsmək üçün bıçağı əlinə alır. Elə bu an Allahın mələyi deyir: ‘İbrahim, İbrahim!’ İbrahim cavab verir: ‘Bəli!’

Allah deyir: ‘Uşağa əl qaldırma və ona bir şey etmə. İndi bildim ki, sən Mənə iman edirsən, çünki öz yeganə oğlunu Məndən əsirgəmədin’.

İbrahimin Allaha necə də böyük imanı vardı! O, inanırdı ki, Yehova hər şey edə bilər və əmin idi ki, İshaq ölsə belə, Allah onu dirildə bilər. Allah bir qoç göndərir və İbrahim kollara ilişmiş o qoçu oğlunun əvəzinə qurban gətirir.

Əlavə məlumat

İbrahim — «iman gətirənlərin atası»

İbrahim peyğəmbərin imanlı insan olduğu nə görünür? Hansı sahələrdə İbrahim peyğəmbərin imanını örnək götürə bilərsiniz?