Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 23

Fironun yuxuları

Fironun yuxuları

İKİ İL keçir. Yusif hələ də zindandadır. O, saqinin yadına düşmür. Bir gecə firon iki qəribə yuxu görür və mənalarını anlamadığından narahat olur. Yatmış fironu görürsən? Səhəri gün firon müdrik adamlarını çağırıb yuxularını onlara danışır. Amma onlar fironun yuxularının mənasını aça bilmirlər.

Axır ki, Yusif saqinin yadına düşür. O, firona deyir: ‘Mən zindanda olanda, orada yuxuları yoza bilən bir adam vardı’. Firon, Yusifi dərhal zindandan gətirməyi əmr edir.

Firon yuxularını Yusifə danışır: ‘Yuxuda yeddi kök, bəslənmiş inək gördüm. Sonra isə yeddi arıq və zəif inək gördüm. Arıq inəklər kök inəkləri yedilər’.

‘İkinci yuxuda bir saplaqda yetişmiş yeddi böyük və dolu sünbül gördüm. Sonra yeddi cılız və yanmış sünbül gördüm. Bu cılız sünbüllər yeddi dolu sünbülü uddular’.

Yusif firona deyir: ‘Hər iki yuxunun mənası eynidir. Yeddi kök inək və yeddi dolu sünbül yeddi ildir. Yeddi arıq inək və yeddi cılız sünbül də yeddi ili bildirir. Misirdə yeddi il ərzaq bolluğu olacaq. Sonra isə yeddi il aclıq olacaq’.

Yusif sözünə davam edir: ‘Müdrik bir adam seç və onu yeddi bolluq ili ərzində məhsul yığmaq işinə başçı təyin et ki, camaat sonrakı yeddi ildə acından qırılmasın’.

Bu fikir fironun xoşuna gəlir. Məhsulu yığıb anbarlara toplamaq işinə Yusifi təyin edir. Misirdə firondan sonra ən nüfuzlu adam Yusif olur.

Səkkiz il keçir. Aclıq zamanı Yusif bir neçə adamın şəhərə gəldiyini görür. Bilirsən onlar kimdir? Düzdür, Yusifin 10 qardaşı! Ataları Yaqub onları Misirə göndərir, çünki Kənanda yeməyə heç nə qalmamışdı. Yusif qardaşlarını tanıyır, amma onlar onu tanımırlar. Bilirsən nəyə görə? Çünki Yusif artıq böyümüşdü və başqa cür paltar geyinirdi.

Bu zaman Yusif uşaqlıqda gördüyü yuxunu xatırlayır. Yadındadır, yuxusunda qardaşlarının gəlib ona baş əydiklərini görmüşdü. İndi Yusif anlayır ki, onu Misirə göndərən Allah imiş və O, bunu yaxşı niyyətlə etmişdir. Səncə, Yusif bundan sonra nə edir? Gəl öyrənək.

Əlavə məlumat

Yusif həyatları xilas edir

Bu hekayəni yüklə və Allahın bütün xalqı Yusifin vasitəsi ilə necə qoruduğu haqda öyrən.