Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 12

İnsanlar böyük qüllə tikir

İnsanlar böyük qüllə tikir

UZUN illər keçir. Nuhun çoxlu nəvələri doğulur. Onlar da boya-başa çatır və övladlara sahib olurlar. Tezliklə, yer üzündə insanların sayı artır.

Bunlardan biri Nuhun nəticəsi Nəmrud idi. Nəmrud pis adam idi. O, heyvan ovlayır, insanları öldürürdü. Nəmrud insanlara rəhbərlik etmək istədiyi üçün özünü padşah etmişdi. Allah onu sevmirdi.

O zaman hamı bir dildə danışırdı. Nəmrud insanları idarə etmək üçün onları bir yerə yığmaq istəyirdi. Bilirsən, o nə etdi? O əmr etdi ki, insanlar içərisində böyük qüllə olan bir şəhər tiksinlər. Şəkildə onların kərpic kəsdiklərini görə bilərsən.

Bu tikinti Yehova Allaha xoş deyildi. Allah istəyirdi ki, insanlar bütün yer üzünə yayılsın. Onlar isə dedilər: ‘Gəlin, özümüzə bir şəhər və başı göylərə çatan bir qüllə tikib məşhurlaşaq!’ İnsanlar Allahı deyil, özlərini izzətləndirmək istəyirdilər.

Buna görə də, Allah qüllənin tikintisini dayandırdı. Bilirsən bunu necə etdi? O, qəflətən insanların dilini dəyişdi və onlar müxtəlif dillərdə danışmağa başladılar. Bənnalar artıq bir-birlərini başa düşə bilmirdilər. Bax, elə buna görə də, bu şəhəri Babil adlandırdılar. Babil «qarışıqlıq» deməkdir.

İnsanlar Babili tərk edib yer üzünə dağılışdılar; eyni dildə danışanlar birgə yaşamağa başladılar.