Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 26

Əyyub Allaha sadiq qalır

Əyyub Allaha sadiq qalır

BU XƏSTƏ adama yazığın gəlir? Onun adı Əyyubdur, yanındakı qadın isə arvadıdır. Heç bilirsən o, Əyyuba nə deyir? ‘Allaha lənət et və öl!’ Gəl görək, onu bu sözləri deməyə məcbur edən nədir və nəyə görə Əyyub bu qədər əziyyət çəkir.

Əyyub Yehova Allaha sadiq və itaətkar bir insan idi. O, Kənanın yaxınlığında yerləşən Uz diyarında yaşayırdı. Yehova Əyyubu çox sevirdi. Başqa bir şəxsiyyət isə onu sevmirdi. Bilirsən, o kimdir?

O, Şeytan İblisdir. Bu pis mələk Yehovaya nifrət edir. O, Adəmlə Həvvanı Yehovadan uzaqlaşdıra bildiyi üçün düşündü ki, bütün insanları yoldan çıxara biləcək. Bəs səncə, o bunu bacardımı? Yox! Bu kitabdan tanıdığımız sadiq kişi və qadınlar haqqında düşün! Onlardan neçəsinin adını çəkə bilərsən?

Yaqub və Yusifin ölümündən sonra yer üzündə Yehovaya ən sadiq insan Əyyub idi. Yehova istəyirdi ki, Şeytan bir şeyi yaxşı yadında saxlasın: o hamını yoldan çıxara bilməyəcək. Buna görə də ona dedi: ‘Bir Əyyuba nəzər sal. Gör o mənə nə qədər sadiqdir!’

Şeytan etiraz edərək dedi: ‘Hə, Əyyub sadiqdir, çünki Sən ona bərəkət verirsən və onun hər şeyi var. Amma bütün varını əlindən alsan, o sənə mütləq lənət edəcək’.

Yehova isə belə dedi: ‘Buyur! Nəyi varsa, əlindən al! Ürəyin istədiyi hər şeyi Əyyuba et! Sonra görərik, o Məni lənətləyir, ya yox! Amma onu öldürmə!’

Şeytan əvvəlcə Əyyubun bütün mal-qarasını və dəvələrini oğurladır, qoyunlarını isə öldürür. Sonra tufan göndərib onun 7 oğlunu və 3 qızını öldürür. Bundan sonra, Şeytan Əyyubu dəhşətli xəstəliyə düçar edir. Yazıq Əyyub çox əziyyət çəkməli olur. Bax elə buna görə də arvadı ona deyir: ‘Allaha lənət et və öl!’ Amma Əyyub belə şeyi heç ağlına da gətirmir. Bundan başqa, Əyyubun üç yalançı dostu gəlib ona deyir ki, guya pis adam olduğu üçün bu bəlalara düşüb. Amma Əyyub yenə də sadiq qalır.

Əyyubun sadiqliyi Yehovanı çox sevindirirdi. Sonda, şəkildə gördüyün kimi, Allah Əyyuba çoxlu xeyir-dua verdi. Əyyub ağır xəstəliyindən sağaldı. Onun yenidən on qəşəng uşağı və əvvəlkindən iki qat artıq mal-qarası, dəvəsi və qoyunu oldu.

Sən də Yehovaya Əyyub kimi həmişə sadiq qalacaqsanmı? Əgər sadiq qalsan, Allah sənə də xeyir-dua verəcək. Bütün dünya Eden bağı kimi gözəl olanda, sən də əbədi yaşayacaqsan.

Əlavə məlumat

Əyyub haqqında vərəqə

Sınaqlar qarşısında sarsılmaz olmaq üçün Əyyub bizim ibrətamiz nümunə qoyub. Bu vərəqəni yüklə və onun haqqında daha çox öyrən.