Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

Hissə 2

Daşqından Misir qurtuluşunadək

Daşqından Misir qurtuluşunadək

Daşqından yalnız səkkiz nəfər xilas olur, bir müddətdən sonra isə yer üzündə adamların sayı bir neçə minə çatır. Daşqından 352 il sonra İbrahim doğulur. Bu hissədə Allahın İbrahimə İshaq adlı oğlu olacağı vədinin necə yerinə yetdiyini öyrənəcəyik. Həmçinin İshaqın iki oğlundan birinin — Yaqubun, Allah tərəfindən seçildiyini görəcəyik.

Yaqubun ailəsi böyük idi. Onun 12 oğlu və bir neçə qızı vardı. Yaqubun 10 oğlu kiçik qardaşları Yusifə nifrət etdikləri üçün onu Misirə qul kimi satırlar. Sonradan Yusif Misirin nüfuzlu rəhbərlərindən biri olur. Güclü aclıq olanda, o, qardaşlarının dəyişib-dəyişmədiyini öyrənmək məqsədilə onları sınayır. Sonda Yaqubun bütün ailəsi, yəni israillilər Misirə köçür. Bütün bunlar İbrahimin doğulmasından 290 il sonra baş verir.

Növbəti 215 il ərzində israillilər Misirdə yaşayırlar. Yusif öləndən sonra misirlilər onları qul edirlər. Vaxt keçir və Musa doğulur. Allah onun vasitəsilə israilliləri Misirdən azad edir. Ümumilikdə İKİNCİ HİSSƏDƏ 857 illik dövr əhatə olunur.

 

BU BÖLMƏDƏ

HEKAYƏ 11

İlk göy qurşağı

Göyqurşağını görəndə ağlınıza nə gəlir?

HEKAYƏ 12

İnsanlar böyük qüllə tikir

nəmrud Allahı razı salmadı və Onun verdiyi cəza bu gün də insanlara öz təsirini göstərir.

HEKAYƏ 13

Allahın dostu İbrahim

Nəyə görə İbrahim rahat evini buraxıb ömrünü çadırlarda keçirdi?

HEKAYƏ 14

Allah İbrahimin imanını sınayır

Nəyə görə Allah İbrahimin oğlu İshaqı qurban gətirməsini istəyir?

HEKAYƏ 15

Lutun arvadı geriyə baxır

O, bizim üçün necə də gözəl nümunədir.

HEKAYƏ 16

İshaq yaxşı bir qızla evlənir

Rivqa yaxşı bir həyat yoldaşı kimi nə etdi?

HEKAYƏ 17

Bir-birinə bənzəməyən əkizlər

İshaq Esavı, Rivqa isə Yaqubu çox istəyirdi.

HEKAYƏ 18

Yaqub Xarana gəlir

Yaqub Rəhiləni sevsə də, birinci Lea ilə evlənir.

HEKAYƏ 19

Yaqubun böyük ailəsi

İsrail xalqının 12 qəbiləsi Yaqubun 12 oğlunun adını daşıyır.

HEKAYƏ 20

Dinaya bədbəxtlik üz verir

Hər şey yanlış seçilmiş dostluqdan başladı.

HEKAYƏ 21

Qardaşları Yusifi sevmirlər

Onlardan bəzilərini Yusifi öldürməyə nə sürüklədi?

HEKAYƏ 22

Yusifi zindana salırlar

O qanunu pozduğu üçün yox, düzgün davrandığı üçün həbsə salındı.

HEKAYƏ 23

Fironun yuxuları

Yeddi inək və yeddi sünbülün mənası eyni idi.

HEKAYƏ 24

Yusif qardaşlarını sınağa çəkir

Yusif qardaşlarının onu qul kimi satdıqları vaxtdan bu yana dəyişib-dəyişmədiklərini necə yoxladı?

HEKAYƏ 25

Yaqubun ailəsi Misirə köçür

Nəyə görə Yaqubun ailəsi yaqublular yox, israillilər adlandı?

HEKAYƏ 26

Əyyub Allaha sadiq qalır

Əyyub varını, sağlamlığını və bütün övladlarını itirir. Əyyubu cəzalandıran Allah idi?

HEKAYƏ 27

Misirdə pis padşah hökmranlıq edir

Nəyə görə o, israilli olan bütün oğlan uşaqlarının öldürülməsi üçün fərman çıxardı?

HEKAYƏ 28

Körpə Musa sağ qalır

Bütün israilli oğlan uşaqları öldürülən ərəfədə Musanın anası onu xilas etməyin yolunu tapır.

HEKAYƏ 29

Musa Misirdən qaçır

Musa peyğəmbər 40 yaşı olanda elə bildi ki, israilli qulları müdafiə etməyə hazırdır, amma əslində buna hazır deyildi.

HEKAYƏ 30

Yanan kol

Allah bir çox möcüzə etməklə Musaya göstərdi ki, artıq israillilərin Misirdən çıxmaq vaxtıdır.

HEKAYƏ 31

Musa və Harun fironun hüzurunda

Nəyə görə firon Musaya qulaq asmır və israilliləri buraxmır?

HEKAYƏ 32

On bəla

Misirin başçısı firon tərslik edib israilliləri buraxmadığı üçün Allah Misirin üzərinə 10 bəla gətirdi.

HEKAYƏ 33

İsraillilər Qırmızı dənizi keçir

Musa Allahın gücü ilə Qırmızı dənizi ortadan ayırır və israillilər quru yolla keçirlər.