Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 8

Yer üzündəki nəhənglər

Yer üzündəki nəhənglər

BOYU tavana çatan bir adam sənə yaxınlaşsaydı, nə fikirləşərdin? Yəqin deyərdin: «Bu əsl nəhəngdir ki!» Vaxtilə yer üzündə həqiqətən də belə insanlar yaşayıblar. Müqəddəs Kitabda deyilir ki, onların ataları göydə yaşayan mələklər idi. Axı bu necə ola bilərdi?

Yadındadırsa, pis mələk Şeytan pis işlər törədirdi. O, hətta çalışırdı ki, Allahın mələkləri də pis olsun. Vaxt keçdikcə, bu mələklərdən bəziləri Şeytana qulaq asmağa başladılar. Göydə Allahın onlara tapşırdığı işi artıq yerinə yetirmək istəmədilər. Bu pis mələklər yerə gəlib insan cildinə girdilər. Bilirsən, nəyə görə?

Müqəddəs Kitabda yazılıb ki, bu mələklər yerdə gözəl qadınları görüb onlarla yaşamaq arzusuna düşdülər. Bunun üçün onlar yerə gəlib həmin qadınlarla evləndilər. Müqəddəs Kitabda deyilir ki, bu düzgün deyil, çünki Allah mələkləri göydə yaşamaq üçün yaratmışdır.

Qadınların həmin mələklərdən uşaqları oldu. Amma bu uşaqlar adi uşaqlar kimi deyildilər. Düzdür, təzə doğulanda o qədər fərqlənməsələr də, böyüdükcə boyları uzanır və daha da güclənirdilər. Nəticədə onlar nəhənglərə çevrilirdilər.

Onlar pis adam idilər. İri və güclü olduqları üçün insanları incidirdilər. Bu nəhənglər çalışırdılar ki, hamı onlar kimi pis olsun.

Xanok artıq ölmüşdü, amma yer üzündə bir yaxşı insan da var idi. Onun adı Nuh idi. O həmişə Allahın istədiyini yerinə yetirirdi.

Bir dəfə Allah Nuha dedi ki, bütün pis insanları məhv etməyin vaxtı çatıb. Amma Allah Nuhu, onun ailəsini və bir çox heyvanları xilas etmək istəyirdi. Gəl görək Allah bunu necə etdi.