Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 1

Allah yaratmağa başlayır

Allah yaratmağa başlayır

DÜNYADA olan bütün yaxşı şeylər Allahdandır. O, Günəşi yaradıb ki, gündüzlər bizə işıq saçsın. Ayı və ulduzları isə gecələr çox qaranlıq olmasın deyə yaradıb. Allah Yeri də bizim üçün yaradıb.

Amma Günəş, Ay, ulduzlar və Yer Allahın yaratdığı ilk şeylər deyildi. Bilirsən, Allahın ilk yaratdığı nə idi? Allah əvvəlcə Özünə bənzər şəxsiyyətlər yaratdı. Allahı görə bilmədiyimiz kimi, bu şəxsiyyətləri də görə bilmirik. Müqəddəs Kitabda onlar mələklər adlanır. Allah mələkləri, Onunla bərabər göydə yaşamaq üçün yaratdı.

Allahın yaratdığı ilk mələk başqalarından xüsusilə fərqlənirdi. O, ən birinci mələk olduğu üçün, sanki Allahın ilki idi. Buna görə də, Müqəddəs Kitabda Allahın Oğlu adlanır. O, Atası ilə bərabər çalışırdı. Bu mələk, bütün başqa şeyləri yaratmaqda Allaha kömək edirdi. O, Günəş, Ay, ulduzlar və həmçinin Yer kürəsini yaratmaqda Allaha kömək etmişdi.

O vaxtlar Yer necə idi? Başlanğıcda orada heç kim yaşamırdı: yerin üzü büsbütün su ilə örtülü idi. Amma Allah istəyirdi ki, Yerdə insanlar yaşasın. Buna görə də, O, Yeri bizim üçün hazırlamağa başladı. Allah nə etdi?

İlk növbədə Yerə işıq lazım idi. Bunun üçün Allah Günəşin şüalarını yer üzünə yönəltdi. Bunun nəticəsində gecə və gündüz yarandı. Bundan sonra Allah qurunu sudan ayırdı.

Əvvəlcə quruda heç nə yox idi. O, şəkildə gördüyün kimi idi. Orada nə güllər, nə ağaclar, nə də heyvanlar var idi. Sularda bircə dənə də olsun balıq yox idi. Heyvanların və insanların yaşaya bilmələri üçün Allah hələ çox işlər görməli idi.