Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 7

Cəsarətli insan

Cəsarətli insan

YER ÜZÜNDƏ insanlar artmağa başladı. Onların çoxu Qabil kimi pis işlər görürdülər. Lakin bir adam hamıdan fərqlənirdi. Bu adam Xanok idi. Xanok cəsarətli insan idi. Onu əhatə edən adamlar çox pis işlərlə məşğul olsalar da, Xanok Allaha xidmət edirdi.

Bilirsən nəyə görə insanlar o zaman bu qədər pis işlər görürdülər? Gəl bir az düşünək. Adəmlə Həvvanın Allahın sözündən çıxıb, qadağan edilmiş meyvədən yemələrinə kim səbəbkar oldu? Düzdür, pis mələk. Müqəddəs Kitab onu Şeytan adlandırır. O çalışır ki, hamı pis olsun.

Yehova Allah bir dəfə Xanoka tapşırıq verdi. Xanok insanlara belə bir xəbər çatdırmalı idi: ‘Elə bir gün gələcək ki, Allah bütün pis insanları məhv edəcək’. Bu xəbər camaatın xoşuna gəlmədi. Yəqin, insanlar bunu eşidəndə çox qəzəbləndilər. Ola bilsin, hətta Xanoku öldürmək istədilər. Bax elə buna görə də, Xanok cəsarətli olmalı idi. Axı o, insanlara Allahın görəcəyi işlər barəsində danışırdı.

Allah qoymadı ki, Xanok belə pis adamların arasında üzün müddət yaşasın. O, cəmi 365 il yaşadı. Bəs nə üçün «cəmi 365 il», məgər bu azdır? O vaxt insanlar daha güclü idilər və daha çox yaşayırdılar. Məsələn, Xanokun oğlu Metuşelah 969 il yaşamışdı!

Hə, Xanok öləndən sonra insanlar daha da pisləşirlər. Müqəddəs Kitabda yazıldığı kimi ‘onların fikir və niyyətləri hər zaman pis idi’ və ‘dünya zorakılıqla dolmuşdu’.

Bilirsən, o vaxtlar yer üzündə nə üçün bu qədər pislik var idi? Ona görə ki, Şeytan insanlara yeni bir yolla pis işlər gördürürdü. Növbəti fəsildə bu haqda daha ətraflı öyrənəcəyik.