Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab hekayələri

 Hekayə 4

Onlar evlərindən qovulurlar

Onlar evlərindən qovulurlar

BAX gör nə baş verir? Adəm və Həvva gözəl Eden bağından qovulurlar. Heç bilirsən nəyə görə?

Ona görə ki, onlar çox pis iş görüblər. Buna görə də Yehova onları cəzalandırır. Bilirsən Adəmlə Həvva nə ediblər?

Onlar Allahın sözünə qulaq asmadılar. Allah onlara demişdi ki, bağdakı bir ağacdan başqa, bütün ağacların meyvəsindən yeyə bilərlər. Əgər Adəmlə Həvva həmin ağacın meyvəsindən yesəydilər, öləcəkdilər. O ağac Allahın idi. Biz bilirik ki, başqasının şeylərini götürmək olmaz, düz deyil? Gəl görək onlar nə etdilər.

Bir gün Həvva bağda tək olanda, bir ilan onunla danışmağa başlayır. O, Həvvaya deyir ki, qadağan olunmuş ağacdakı meyvədən yesin. Yehova ilanları yaradanda onlara danışıq qabiliyyəti verməmişdi. Deməli, ilanın yerinə kim isə başqası danışırdı. Bəs o kim idi?

Yox, o, Adəm deyildi. O, yer yaranmazdan çox-çox əvvəl Yehovanın yaratdığı ruhani şəxsiyyətlərdən biri idi. Bu ruhani varlıqlar mələklərdir və biz onları görə bilmirik. Onlardan biri çox qürurlandı və Allah kimi hökmdar olmaq fikrinə düşdü. O, hətta istədi ki, insanlar Yehova Allaha yox, ona itaət etsinlər. İlanı danışdıran da elə həmin mələk idi.

Bu mələk Həvvanı yoldan çıxara bildi. O, Həvvanı inandırdı ki, əgər meyvədən yesə, Allah kimi olacaq. Həvva onun sözlərinə inanıb meyvədən yedi və Adəmə də verdi. Onlar Allahın sözündən çıxdıqları üçün, evlərindən, gözəl bağdan qovuldular.

Lakin elə bir gün gələcək ki, bütün yer üzü Eden bağı kimi gözəl olacaq. Sən də bu işdə iştirak edə bilərsən. Bir azdan bu haqda öyrənəcəyik. Hələlik isə gəl görək Adəmlə Həvvanın başına sonra nə gəlir.