Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Həqiqəti öyrənmək istəyirsinizmi?

Həqiqəti öyrənmək istəyirsinizmi?

SÖHBƏT hansı həqiqətdən gedir? İnsanları tarix boyu narahat etmiş ən mühüm suallardan. Çox güman ki, aşaǧıdakı suallar sizi də düşündürür:

  • Allah doǧrudan da bizim qeydimizə qalırmı?
  • Müharibələr və əzab-əziyyətin nə vaxtsa sonu olacaqmı?
  • İnsan öləndən sonra onunla nə baş verir?
  • Ölüləri gələcəkdə nə gözləyir?
  • Allahın məni eşitməsi üçün necə dua etməliyəm?
  • Mən sözün əsil mənasında necə xoşbəxt ola bilərəm?

Bu suallara cavabı haradan tapmaq olar? Kitabxanalara və ya kitab maǧazalarına müraciət etsəniz, orada bu suallara cavab verdiyini iddia edən minlərlə kitab tapa bilərsiniz. Amma çox vaxt bu kitablarda biri-birinə zidd fikirlərə rast gəlmək olar. Bəzi kitablar qısa müddətdən sonra aktuallıǧını itirir; ya onlara düzəlişlər edilir, ya da yeniləri ilə əvəz olunur.

Lakin bir kitab vardır ki, bu suallara etibarlı cavablar verir. Bu kitabda həqiqət yazılmışdır. İsa Məsih Allaha dua edərkən demişdi: «Sənin sözün həqiqətdir» (Yəhya 17:17). Həmin Söz bu gün Müqəddəs Kitab kimi tanınır. Növbəti səhifələrdən bu suallara Müqəddəs Kitabın verdiyi aydın, doǧrucul cavabları oxuya bilərsiniz.

Allah doǧrudan da bizim qeydimizə qalırmı?

İzdiham arasında bir insane

SUALIN YARANMASINA SƏBƏB: Biz qəddarlıq və haqsızlıǧın cövlan etdiyi bir dünyada yaşayırıq. Bir çox dinlər öyrədir ki, payımıza düşən əzab-əziyyət «Allahın işidir».

MÜQƏDDƏS KİTAB NƏ DEYİR: Pisliyin səbəbkarı Allah deyil. Əyyub 34:10 ayəsində deyilir: «Məgər Allah pislik edərmi? Məgər Külli-İxtiyar haqsızlıq edərmi?» Allah insanları sevir və onların yaxşılıǧını istəyir. Bu səbəbdən İsa belə dua etməyi öyrədirdi: «Ey göylərdə olan Atamız… Səltənətin gəlsin. Göydə olduǧu kimi, yerdə də Sənin iradən olsun» (Matta 6:9, 10). Allah bizi o qədər çox sevir ki, bizim uǧrumuzda misli görünməmiş bir qurban verib (Yəhya 3:16).

Həmçinin Yaradılış 1:26-28; Yaqub 1:13 və 1 Peter 5:6, 7 ayələrinə baxın.

Müharibələr və əzab-əziyyətin nə vaxtsa sonu olacaqmı?

Əsgərlər

SUALIN YARANMASINA SƏBƏB: Bu gün də müharibələrdə saysız-hesabsız insan həlak olur. Müharibələrin aǧrı-acısı heç birimizdən yan keçmir.

MÜQƏDDƏS KİTAB NƏ DEYİR: Allah bütün dünyada əmin-amanlıq quracaǧını vəd etmişdir. O yer üzünü idarə etməyə başlayanda insanlar artıq «dava etməyi öyrənməyəcək». Bunun əvəzinə onlar «qılınclarından kotan» düzəldəcəklər (Yeşaya 2:4). Allah bütün haqsızlıǧa və əzablara son qoyacaq. Müqəddəs Kitabda vəd edilir: «Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də aǧrı olacaqdır, çünki əvvəlki şeylər [o cümlədən, bugünkü haqsızlıq və əzablar] keçib getdi» (Vəhy 21:3, 4).

Həmçinin Məzmur 37:10, 11; 46:9 və Mikeya 4:1-4 ayələrinə baxın.

İnsan öləndən sonra onunla nə baş verir?

Qəbiristanlıq

SUALIN YARANMASINA SƏBƏB: Dünyadakı əksər dinlər insan öləndən sonra onun ruhunun yaşadıǧını öyrədir. Bəzilərinin fikrincə, ölülər dirilərə zərər vura bilər və ya pis adamlar öləndən sonra Allah onları əbədiyyən cəhənnəm odunda cəzalandırır.

MÜQƏDDƏS KİTAB NƏ DEYİR: Öləndən sonra insan heç yerdə, heç bir formada mövcud olmur. Vaiz 9:5 ayəsində deyilir: «Ölülər heç nə bilmir». Ölülər heç nə dərk və hiss etmədikləri üçün dirilərə nə zərər toxundura, nə də kömək edə bilərlər (Məzmur 146:3, 4, KM).

Həmçinin Yaradılış 3:19 və Vaiz 9:6, 10 ayələrinə baxın.

Ölüləri gələcəkdə nə gözləyir?

Əzizini itirmiş uşaǧın kədəri

SUALIN YARANMASINA SƏBƏB: Hər birimiz sevdiyimiz adamlarla xoşbəxtlik içində ömür sürməyi arzulayırıq. Ölən əzizlərimizin xiffətini çəkmək və onları yenidən görmək istəyi tamamilə təbiidir.

MÜQƏDDƏS KİTAB NƏ DEYİR: Ölmüş adamların əksəriyyəti dirildiləcək. İsa söz vermişdi ki, «qəbirlərdə olanların hamısı Onun səsini eşidəcəklər və… çıxacaqlar» (Yəhya 5:28). Allahın əzəli niyyətinə əsasən, həyata qaytarılmış insanlar Cənnətə çevrilmiş yer üzündə yaşayacaqlar (Yeşaya 65:21-25). Vəd edilmiş gələcəkdə itaətkar insanlar tamamilə saǧlam olacaq və əbədi yaşayacaqlar. Müqəddəs Kitabda deyilir: «Salehlər ölkəni [“yeri”, KM] mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq» (Məzmur 37:29).

Həmçinin Əyyub 14:14, 15; Luka 7:11-17 və Həvarilərin işləri 24:15 ayələrinə baxın.

Allahın məni eşitməsi üçün necə dua etməliyəm?

Dua edən kişi

SUALIN YARANMASINA SƏBƏB: Demək olar ki, bütün dinlərdə dindarlar dua edirlər. Bununla belə çoxlarına elə gəlir ki, duaları cavabsız qalır.

MÜQƏDDƏS KİTAB NƏ DEYİR: İsa öyrədirdi ki, dualar əzbərdən söylənilməməlidir. O demişdi: «Dua etdiyiniz zaman… boş sözlər söyləməyin [“eyni sözləri təkrar etməyin”, YD]» (Matta 6:7). Allahın dualarımızı dinləməsini istəyiriksə, biz Onun bəyəndiyi tərzdə dua etməliyik. Bunu etmək üçün biz Allahın iradəsini öyrənməli və öyrəndiklərimizə uyǧun dua etməliyik. Həvari Yəhyanın birinci məktubunun 5:14 ayəsində izah edilir: «Biz Onun [ Allahın ] iradəsinə uyǧun şəkildə bir şey diləyiriksə, O bizi eşidir».

Həmçinin Məzmur 65:2; Yəhya 16:23, 24 və 1 Yəhya 3:22 ayələrinə baxın.

Mən sözün əsil mənasında necə xoşbəxt ola bilərəm?

Müqəddəs Kitabı oxumaqla xoşbəxtlik axtarışında olan qadın

SUALIN YARANMASINA SƏBƏB: Bir çoxları əmindirlər ki, xoşbəxtlik var-dövlət, gözəllik və şan-şöhrətdədir. Bütün bunlardan ötrü onlar dəridən qabıqdan çıxır, amma xoşbəxt ola bilmirlər ki, bilmirlər.

MÜQƏDDƏS KİTAB NƏ DEYİR: İsanın aşaǧıdakı sözlərində xoşbəxtliyin sirri açıqlanır: «Allahın sözünü dinləyib ona əməl edənlər bəxtiyardır» (Luka 11:28). İnsan özünün ən böyük tələbatını — Allah və Onun bizimlə əlaqədar niyyəti kimi ruhani həqiqətlərə olan ehtiyacını təmin etməyə can atdıǧı təqdirdə əsil xoşbəxtliyə çata bilər. Bu həqiqətləri Müqəddəs Kitabda tapa bilərik. Həqiqəti bilməyimiz həyatda nəyin doǧrudan da vacib, nəyin isə əhəmiyyətsiz olduǧunu dərk etməyə kömək edir. Müqəddəs Kitab həqiqətinin qərar və hərəkətlərimizi istiqamətləndirməsinə yol verəndə həyatımız daha da mənalı olur.

Həmçinin Süleymanın məsəlləri 3:5, 6, 13-18 və 1 Timoteyə 6:9, 10 ayələrinə baxın.

Yuxarıdakılar Müqəddəs Kitabın cəmi altı suala verdiyi cavabların qısa icmalı idi. Daha ətraflı məlumat almaq istərdinizmi? Həqiqəti axtaran bir insan kimi şübhəsiz ki, istərdiniz. Ola bilər sizi başqa suallar düşündürür. Məsələn: Allah bizim haqqımızda düşünürsə, onda nə üçün bu qədər pisliyə və əzab-əziyyətə göz yumur? Ailəmin daha da xoşbəxt olması üçün nə edə bilərəm? Müqəddəs Kitab bu və bir çox digər suallara ətraflı və inandırıcı cavab verir.

Buna baxmayaraq, bu gün çoxları Müqəddəs Kitabla tanış olmadıqları üçün bu kitaba müraciət etməkdən çəkinir. Bəs siz Müqəddəs Kitabın suallarınıza necə cavab verdiyini bilmək istərdinizmi? Yehovanın Şahidlərinin təqdim etdiyi iki vəsait bu işdə sizə yardımçı ola bilər.

Bu vəsaitlərdən birincisi «Müqəddəs Kitab əslində nə öyrədir?» nəşridir. Bu kitab məşǧul adamların Müqəddəs Kitabın mühüm suallara verdiyi aydın cavabları tədqiq etməsi üçün əvəzolunmazdır. İkincisi isə pulsuz Müqəddəs Kitab öyrənməsidir. Müqəddəs Kitabı tədris edən Yehovanın Şahidləri sizinlə, evinizdə və ya istədiyiniz yerdə hər həftə tamamilə təmənnasız Allahın Kəlamını qısaca araşdıra bilərlər. Bütün dünyada milyonlarla adam Müqəddəs Kitabı öyrənmə proqramından faydalanmışdır. Onlardan çoxu belə qənaətə gəlmişlər ki, əsil həqiqəti tapıblar.

Dünyada bundan qiymətli sərvət ola bilməz. Müqəddəs Kitab həqiqəti bizi mövhumatdan, təlaş və qorxudan azad edir. O bizə ümid və sevinc bəxş edir, həyatımızı məna ilə doldurur. İsa demişdi: «Siz həqiqəti dərk edəcəksiniz; və həqiqət sizi azad edəcəkdir» (Yəhya 8:32).

1. Müqəddəs Kitab təlimlərini öyrənən kişi; 2. Müqəddəs Kitab təlimlərini öyrənən qadın

Əlavə məlumat

Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?

Müqəddəs Kitab milyonlarla insana həyatın ən vacib suallarına cavab tapmaqda kömək edib. Bəs siz suallarınıza cavab tapmaq istəyirsiniz?

Allahın sadəcə böyük qüvvə olduğunu demək olarmı?

Müqəddəs Yazılarda deyilir ki, hər şeyi Allah Öz qüvvəsi ilə yaradıb. Bəs Allah bizimlə maraqlanırmı?

İnsan öləndə nə baş verir?

Ölən insanın ətrafda baş verənlərdən xəbəri var?

Dirilmə nədir?

Kimlərin diriləcəyini bilmək sizi təəccübləndirə bilər.

Nəyə görə dua etməliyəm? Allah mənə cavab verəcəkmi?

Allahın dualarınıza cavab verməsi, əsas etibarilə, özünüzdən asılıdır.