Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

Yehova Allahın iradəsi və siz

Yehova Allahın iradəsi və siz

Bu kitabçanı oxuyub bizimlə, fəaliyyətimizlə və təşkilatımızla tanış olmağa vaxt ayırdığınız üçün sizə təşəkkürümüzü bildiririk. Ümidvarıq ki, bu kitabça bizim Yehova Allahın iradəsinə tabe olduğumuza sizi əmin etdi. Biz çox istəyərdik ki, siz bundan sonra da Allah haqqında bilik alasınız, öyrəndiklərinizi ailə üzvlərinizə, dostlarınıza danışasınız və həmişə yığıncaqlarımıza gələsiniz (İbranilərə 10:23—25).

Yehova Allah haqqında öyrəndikcə Onun sizə olan məhəbbətinin nə qədər böyük olduğunu görəcəksiniz. Bu, sizi təşviq edəcək ki, Onun məhəbbətinə məhəbbətlə cavab verəsiniz (1 Yəhya 4:8—10, 19). Bəs bu məhəbbəti əməldə necə göstərmək olar? Allahın qanunları insanın həyatını yaxşılığa doğru necə dəyişə bilər? İnsanın Allaha məqbul həyat sürmək əzmini nə möhkəmləndirə bilər? Bu sualların cavabını sizə dərs keçən adamla araşdıra bilərsiniz. Bilin ki, bunun sayəsində Allahın məhəbbətini qoruyub saxlayacaq və əbədi həyat yolunda inamlı addımlarla irəliləyəcəksiniz (Yəhuda 21).

Sizi aşağıdakı vəsaiti araşdırmağa dəvət edirik. Bu, sizə həqiqət yolunda yeriməyə kömək edəcək.

 

Əlavə məlumat

Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?

Müqəddəs Kitab milyonlarla insana həyatın ən vacib suallarına cavab tapmaqda kömək edib. Bəs siz suallarınıza cavab tapmaq istəyirsiniz?

Müqəddəs Yazıları öyrənmək nə deməkdir?

Müqəddəs Kitabı təmənnasız öyrənməyə dair suallarınıza cavab alın.