Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

Allahın iradəsi nədən ibarətdir?

Allahın iradəsi nədən ibarətdir?

Allah-Taalanın iradəsi odur ki, insanlar yerdə əbədiyyən xoşbəxt və firavan yaşasınlar.

Bu fikir ilk baxışdan qəribə səslənə bilər. Amma Müqəddəs Kitabda deyilir ki, Allah mütləq bunu edəcək və artıq bunun üçün tədbir də görüb. Allahın iradəsi odur ki, bütün insanlar Onun bu niyyətindən xəbərdar olsun (Məzmur 37:11, 29; Yeşaya 9:7).

Allah-Taalanın iradəsi odur ki, insanlar haqq yolunu seçsinlər.

Heç bir valideyn övladına pislik arzulamaz, onun ancaq yaxşılığını istəyər. Yaradanımız Allah da Öz bəndələrini xoşbəxt görmək istəyir (Yeşaya 48:17, 18). Allah Onun iradəsinə tabe olanlara əbədi həyat vəd edir (1 Yəhya 2:17).

Allah-Taalanın iradəsi odur ki, insanlar Onun yolu ilə getsinlər.

Yaradanımız bizə Öz yolunu tanıtmaq istəyir ki, biz bu yolla gedək (Yeşaya 2:2, 3). Allah iradəsini bütün dünyaya əyan etmək üçün Öz adına bir xalq təşkil etmişdir (Həvarilərin işləri 15:14).

Allah-Taalanın iradəsi odur ki, insanlar birlikdə Ona ibadət etsinlər.

Yehova Allaha ibadət edənlər arasında birlik və məhəbbət hökm sürür (Yəhya 13:35). Bu gün insanları Allaha birlikdə qulluq etməyə kim səsləyir? Bu sualın cavabını əlinizdəki kitabçada tapa bilərsiniz.

 

Əlavə məlumat

Müqəddəs Kitab dərsləri necə keçirilir?

Dünyanın hər yerində Yehovanın Şahidləri pulsuz Müqəddəs Kitab dərsləri keçirlər. Bu dərslərin necə keçirildiyinə baxın.

Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?

Müqəddəs Kitab milyonlarla insana həyatın ən vacib suallarına cavab tapmaqda kömək edib. Bəs siz suallarınıza cavab tapmaq istəyirsiniz?